peraski

Sosiskalı, xardallı peraşki – RESEPT

Baxış sayı: 1. 362

Azərbaycanlı xanımların çox tez-tez hazırladığı peraşki müxtəlif cür hazırlanır. Bu dəfə sizə Sosiskalı, xardallı peraşkinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

İnqrediyentlər:

0,5 litr kefir

2 yumurta

300 ml. xama

2 xörək qaşığı mayonez

0,5 çay qaşığı soda

1 xörək qaşığı zeytun yağı

1 çay qaşığı şəkər tozu

Duz

Un

Sosiska

Xardal

Əridilmiş pendir

 

Hazırlanma qaydası:

Kefirə soda qatın. Köpükləndikdən sonra digər inqrediyentləri əlavə edib yumşaq xəmir yoğurun. Təqribən 1 kq.-dan artıq un lazım olur. Üzərinə plyonka sərin və 2 saat saxlayın.

Sosiskaları doğrayın, yağda qızardın. Onu qızartmamaq da olar. Lakin qızardanda daha dadlı olur.

Xəmiri kiçik kündələrə bölün, yayın, üzərinə xardal çəkin, pendir dilimi və 1 ədəd sosiska qoyun. Peraşki formasında bağlayın, qızardın.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir