mesurlar

Şou aləminin “biznes-ledi”ləri – MAĞAZALAR, GÖZƏLLİK SALONLARI, XINA EVLƏRİ…

Baxış sayı: 1. 398

Şou-biznes nümayəndələrinin əksəriyyəti sənətlə yanaşı özləri üçün biznes də qurublar. “Gencaile.az” “axşam.az”-a istinadən məşhur xanımların əlavə bizneslərini təqdim edir:

 

Fatimə Fətəliyeva xına evinə, gözəllik salonuna, rəqs məktəbinə sahibdir. Sənətçinin həmçinin xəz mağazası var.

Tünzalə Əliyevanın xına mərasimlərinin təşkili ilə məşğul olan məkanı var.

Xatirə İslam da məclislərin bəzədilməsi ilə məşğul olan dekor məkanına sahibdir.

Əkizlər Sevil və Sevinc Səfərova bacıları da müğənnilikdən başqa bizneslə məşğul olur. Onların ayaqqabı mağazası fəaliyyət göstərir.

Ayan Babakişiyevanın Türkiyədə biznesi var. O, yükdaşıma şirkətinə sahibdir.

Sevda Sanəliyevanın isə şirniyyat mağazası var. İfaçı hətta özü də şirniyyat bişirir.

Xuraman Şuşalının isə xına evi var. O, xına mərasimləri ilə yanaşı, toy, ad günü məkanlarının bəzədilməsiylə məşğuldur.

Rahidə Baxışova da bu yaxınlarda biznes-ledi olub. Belə ki, sənətçi xına evi açıb.

Xuraman Əlizadənin xına mərasimilərinin təşkili ilə məşğul olan mərkəzi var.

Ülviyyə Əliyevanın xına evi var.

Oksana Rəsulovanın hind rəqslərini öyrədən məktəbi var. Eyni zamanda sənətçinin “OksiMedia” adlı şirkəti var ki, burada filmlər, reklamlar, seriallar çəkilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir