Nermine Abbasova

Soyuq hava və xəstəliklər: nə etməli?

Baxış sayı: 659

Təbiət qanunlarına görə hələ payızın gəlməyinə bir neçə gün qalsa da, astronomik olaraq artıq daxil olub. Havalar yavaş-yavaş soyuyur. Sözsüz, havaların soyuması ilə xəstəliklər də artmağa başlayır.

Qeyd edək ki, payızda bəzi xəstəliklərin artması səbəbsiz deyil. Bu xəstəliklərin əksəriyyəti isə infeksion xəstəliklərdir. Mütəxəssislər deyir ki, buna havada çirklənmənin artması, ictimai yerlərdə uzun müddət olmaq, yeni dərs ilinin açılması nəticəsində şagird və tələbələrin sıx ünsiyyəti, işləyənlərin tətildən qayıtması və nəqliyyatın artması səbəbilə havanın daha çox korlanması və s. səbəb olur.

Digər tərəfdən, dərimiz də hava soyuq olduğuna görə qurumağa başlayır, buna görə də infeksiyanı dərimiz daha tez götürür.

Hal-hazırda infeksion xəstəliklərdən daha çox qrip, soyuqdəymə, boğaz iltihabı (faringit) və səs telləri bölgəsinin iltihabı (laringit) müşahidə edilir.

 qrip

Qrip və soyuq dəymə

Qrip və soyuqdəymə kimi xəstəliklər virus deyilən mikroblar vasitəsilə yoluxur və halsızlıq, burun tutulması və burundan su gəlməsi, həmçinin qarın ağrıları kimi özünü göstərir. Bakteriya deyilən mikrobların yoluxdurduğu xəstəliklər zamanı isə insanda şiddətli temperatur yüksəlməsi, boğaz ağrısı, səsin batması, davamlı öskürək və s. hallar yaşanır. Qeyd edək ki, bu qrip və soyuqdəymə virusları hüceyrə daxili xəstəliklərdir və indiyə qədər hüceyrəyə təsir edəcək heç bir dərman kəşf edilməyib.

Qrip olduğumuz zaman onunla mübarizəni ancaq bizim immunitet  sistemimiz edir və bütün qrip və soyuqdəymə dərmanlar məhz immun sistemini gücləndirtmək üçündür, nəyin ki, virusu birbaşa məhv etmək üçün.

Qrip olan zaman panikaya əsas yoxdur. Sadə infeksiyalar 2-3 gün ərzində təsirini itirir. İstirahət etmək, bol maye qəbul etmək və bəzi vitaminlərdən istifadə etmək lazımdır. Bakteriyalarla yoluxmalar zamanı isə bunlarla yanaşı, antibiotik dərmanlardan da istifadə edilir. Belə xəstəliklərə daha çox uşaqlarda, yaşlılarda,  şəkər xəstələrində və astma xəstələrində daha çox rast gəlinir.

 qrip

Xəstəliyə tutulmamaq üçün nələrə riayət etmək lazımdır?

1) Yaxşı qidalanmaq;

2) Vitamin qəbul etmək;

3) Normal yuxu;

4) İdman;

5) Mövsümə uyğun geyinmək.

 qrip

Ev şəraitində nə etmək olar?

1) Su və digər mayelər;

Tez-tez maye qəbulu xəstəliyin aradan getməsinə səbəb ola bilər. Su, meyvə suyu, ət və ya toyuq suyu, ballı və limonlu ilıq su susuzluğun və burun tutuqluğunu açır.

 

2) Duzlu su;

Bir fincan ilıq suyun içinə yarım çay qaşığı duz əlavə edib qarqara etmək boğaza rahatlıq gətirir.

 

3) Burun damcısı;

Reseptsiz satılan burun damcıları burun tutulmasının qarşısını alır.

 

4) Toyuq supu;

Mütəxəssislərin apardığı testlər nəticəsində müəyyən olub ki, toyuq supu soyuqdəymə və qrip zamanı müsbət təsir edir.

 

5) Nəm;

Soyuqdəymə virusları quru şəraitdə daha yaxşı çoxalır. Quru hava selikli qişa pərdəsini qurudur, burnu tutur və boğazı iltihab edir. Onun üçün də evin havasını nəmləndirmək lazımdır.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir