Qış və payız aylarında hətta sağlam dərisi olan insanlar belə problemlərlə üzləşə bilərlər. Bəzi insanların dərisi quruyur, bəziləri yağlanır və s. “Rusiya 1” telekanalında “Ən vacibi haqqında” verilişində soyuq havada dərini necə qorumaq barədə danışılıb.
Temperaturun dəyişməsi, havanın rütubətinin azalması, soyuqdəymə və qrip üçün dərmanların qəbulu – bütün bunlar dəriyə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xarici amillərin dağıdıcı təsirini azaltmaq üçün sadə qaydalara əməl etmək lazımdır:
Yuma və yuyunma üçün 27-34 dərəcə su istifadə edin.
Sabunsuz, gellərlə yuyun.
Yuyunduqdan sonra yumşaldıcı tərkibli kremlərdən istifadə edin.
Daxili havanın temperaturunu 18-22 dərəcə, rütubəti isə 40-50% saxlayın.
Əlcəklərdən istifadə edərək qabları yuyun.
Siqaret çəkməyin.
Yun və sintetik məhsullarla təmasdan çəkinin.
Nubar Süleymanova