Spirtli içki aludəçisi olan birinin həyatını məhv etməsini kənardan izləmək o qədər də asan deyil. “O, özü artıq öz yolunu seçib. Nə qədər desəm də, kar eləməir”, – deyib kənara çəkilməyin. Bəlkə ona kömək edə biləcək yeganə şəxs elə sizsiniz?!
“Gencaile.az” spirtli içki aludəçilərinə kömək etməyin yollarını təqdim edir.
Həmin adama ayıq olduğu vaxtlar spirtli içki aludəçiliyi haqqında danışmağa vaxt ayırın. Tələsik izah etməyin.
Söhbətə ona nə qədər dəyər verdiyinizi ifadə edərək başlayın. Ona pis bir şey olarsa, nə qədər üzüləcəyinizi deyin.
Onun bu problemiylə bağlı narahatlığınızı ifadə edin. Qətiyyən sərt və alçaldıcı cümlələr işlətməyin.
Onu da sözünü kəsmədən dinləyin. Spirtli içki aludəçisi ani olaraq özündən çıxa, sərt reaksiya verə və davranışlarına bir yolla haqq qazandırmağa çalışa bilər. Ancaq bununla söhbətin başqa mövzuya keçməsinə icazə verməyin.
Lazım gələrsə, onunla bu söhbəti dəfələrlə edin. Bəzi insanlara anlaması üçün səhvini dəfələrlə xatırlatmaq lazım gəlir. Narahatlığını ifadə etmək üçün dostlarıyla bir araya gətirin.
Əgər müalicəyə hazırdırsa, həkimlə görüş təşkil edin. Həkimdən yeni bir işə başlamaq, ya yeni bir sevgi yaşamaq kimi halların müalicəyə göstərəcək müsbət təsirlərini öyrənin.
Həkim görüşlərinə bir gedin, ondakı irəliləyişlərlə maraqlanın.
Bu arada özünüzü də unutmayın. Stress, qayğı sizə də psixoloji cəhətdən təsir göstərə bilər. Siz də mütəxəssislə görüşün. Sevdikləriniz, dostlarınızla əyləncəli vaxt keçirin. Qoy, onun yanında olmaq üçün əhvalınız, enerjiniz yüksək olsun.