icki

Spirtli içkini tərgitmək ömrü neçə il uzadır?

Baxış sayı: 614

İsveçin paytaxtı Stokholmdakı Karolinska İnstitutunun alimləri spirtli içkilərdən uzaq olmanın ömrü 28 il uzada biləcəyini deyiblər.

“Gencaile.az” saytı xarici KİV-ə istinadla bildirir ki,  20 il boyu Danimarka, Finlandiya və İsveçdə spirtli içki qəbul edənlərin orta ömür müddətini müşahidə edən alimlər araşdırmaya qatılan adamlar arasında müxtəlif narahatlıq və xəstəlik qaynaqlı ölümlərin xüsusilə spirt istifadə edən qruplarda göründüyünü bildiriblər. Onlar 28 il daha qısa yaşayırmış.

Həkimlər spirtli içkinin vücuda mənfi təsirləri haqqında ardıcıl olaraq məlumat verirlər. Spirt kiçik dozalarda belə xərçəng, demans və sonsuzluq riskini artırır, bundan başqa, ürək, beyin və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir