Bağırsaqlarda qidanın həzm olunmaması və həzmin pozulması spru xəstəliyi yaradır. Bu cür insanlarda qluten zülalına qarşı həssaslıq artır. Qluten turşusu isə arpa, yulaf, buğda, çovdar kimi ərzaqların tərkibində olur.
Xəstəlik zamanı orqanizmdə bəzi maddələrin çatışmazlığı yaranır. O, şişkinlik, ishal, halsızlıq, anemiya, sümüklərin zəifləməsi, qaraciyər xəstəlikləri ilə özünü büruzə verir. Uşaqlarda isə bu xəstəlik boy artımında fəsadlara, iştahasızlığa və qarında şişkinlik kimi hallara gətirib çıxarır.
Xəstəliyin əsas əlamətləri yuxululuq, yaddaşın zəifləməsi, ürəkbulanma, qusma, davranış pozğunluğudur. Buna görə də xəstəliyin qarşısını mütləq erkən almaq lazımdır.
Spruna qaragilə kömək edəcək
- 3 xörək qaşığı qaragilə meyvəsindən götürüb, 2 stəkan qaynar suya töküb, dəmləyin. Bu qarışıqdan çay kimi içmək spru xəstəliyinin qarşısını alır.
- Başınağacı meyvəsindən yarım stəkan götürüb, 0,5 litr isti suya töküb, 10 dəqiqə qaynadın. Sonra kənara qoyub soyudun. Üzərinə 3 xörək qaşığı bal töküb, gündə 2 dəfə için.
- Spru xəstəliyi zamanı güclü pəhriz saxlamaq lazımdır. Xəstə şəkər tozundan, lobyadan, yağdan, ağartı məhsullarından uzaq olmalıdır.