Əgər əvvəllər təbii gözəllik genetik ötürülən nadir miras sayılırdısa, bu gün gözəlləşmək cərrah masasında aparılan estetik və plastik əməliyyatlar hesabına əldə edilir. Statistikalar da göstərir ki, son illərdə aparılan estetik əməliyyatların sayı durmadan artır, bəzi ölkələrdə hər 3 qadından birinin estetik əməliyyat etdirdiyi bildirilir.
Müasir kino ulduzlarının sosial şəbəkələrdə yayılan əvvəl və sonrakı halları böyük diqqət çəkərək müzakirə mövzusuna çevrilir. Lakin SSRİ-nin görkəmli aktrisaları hazırkı imkanlardan məhrum idi. Onların nə qüsurları əməliyyatla dəyişdirmək imkanı, nə də buna həvəsləri var idi. Hətta qrim və makiyajdan o dövrdə minimum dərəcədə istifadə edilirdi.
Biz SSRİ-də təbii gözəlliyi ilə dillərə dastan olan aktrisaların cavanlıq fotolarını toplamışıq. Hansı ki, burada nə heç bir estetik müdaxilə, nə də ki, hər hansı fotoşop və effekt izlərinə rast gələ bilmərsiniz.
Həmidə Ömərova
Suğra Bağırzadə
Şəfiqə Məmmədova
Firəngiz Mütəllimova
Amaliya Pənahova
Leyla Şıxlinskaya
Nəcibə Məlikova
Zemfira Sadıqzadə
Tamara Gözəlova
Səidə Quliyeva
Səfurə İbrahimova