Təxminən bir əsrə yaxın bir dövrdə dünyanın yarısın hökm edən SSRİ kimi nəhəng bir dövlət 26 ildir tarixin arxivinə gömülsə də, bu supergüc barəsində məlumatlar insanlar tərəfindən hələ də maraqla qarşılanmaqdadır. Rusiya mətbuatında SSRİ-yə rəhbərlik edən insanların ən çox sevdiyi yemək və içkilərdən bəhs edən məqalə hazırlanıb. Maraqlı olacağını nəzərə alaraq SSRİ rəhbərlərinin ən çox nə yeyib, nə içdiklərini təqdim edirik:
1. SSRİ-nin ilk rəhbəri, proletariatın lideri Vladimir İliç Lenin gənclik illərində balığa üstünlük verib. Sürgündə olduğu illərdə daha çox qoyun ətindən və kartofdan hazırlanan yeməklərdən istifadə edib. Xarici ölkələrdə olduğu zaman Leninin tez-tez kafelərə getdiyi və duzlanmış balıqla pivə içdiyi məlumdur. Eyni zamanda tərəvəzlər də Leninin qida rasionunda mühim yerə sahib olub. Həyatının son illərində xəstəlik səbəbindən pəhriz saxlayan proletariatın lideri daha çox tərəvəzlərdən hazırlanan şorbalara üstünlük verib.
2. SSRİ-nin ikinci rəhbəri İosif Vissarionoviç Stalinin ən sevdiyi yeməyin kabab olduğu hər kəsə məlumdur. Stalinin tez-tez müxtəlif yerlərdə kabab qonaqlığı verdiyi də insanların əksəriyyəti tərəfindən bilinir. Kabab üçün Stalinə xüsusi olaraq seçilən quzular gətirilərək ciddi nəzarət altında kəsilir və bir gün soyuducularda saxlanılırmış. Eyni zamanda Lenin kimi Stalinin də balıq yeməklərinə üstünlük verdiyi bilinir. Rəhbərin yemək süfrəsində konservləşdirilmiş qidalara, o cümlədən də kolbasaya çox az rast gəlmək olurdu. Daha çox təzə qidalara üstünlük verirmiş. Şorba, xaş və kələm turşusunun da Stalin tərəfindən sevildiyi bildirilir. Xüsusi olaraq Stalin üçün hazırlanan yemək növlərinin də olduğu söylənilir. İçki olaraq Stalinin ən çox istifadə etdiyi isə Gürcüstan şərabları olub. Stalin yeməyi nə qədər çox sevsə də, hazırlıq mərhələsini, xüsusilə də yemək hazırlanarkən gələn iyləri sevməzmiş. Elə bu səbədən də mətbəxtlər hər zaman Stalinin mütəmadi olaraq vaxt keçirdiyi iş və yataq otağından uzaqda yerləşirmiş.
3. Stalindən sonra SSRİ-yə rəhbərlik edən Nikita Sergeyeviç Xuruşov ekzotik meyvələri və evdə hazırlanan qidalara üstünlik verib. Səhər yeməyi zamanı rəhbərin stoluna daha çox kartof püresi və toyuq soyutması qoyulub. Yemək zamanı bir neçə dilim qara çörəkdən də istifadə edərmiş. Xuruşovun axşamlar yalnız qatıqdan istifadə etdiyi məlumdur. Ümumiyyətlə SSRİ-nin 3-cü rəhbərinin süd və süd məhsullarına xüsusi rəğbəti olub.
4. SSRİ-nin ən yaddaqalan və Stalindən sonra ölkəyə ən uzunmüddətli rəhbərlik etmiş Leonid İliç Brejnev də Stalin kimi kababı çox sevərmiş. Lakin Brejnevin dişləri ilə bağlı problemi olduğu üçün aşapazlardan hazırlanan yeməkləri daha səylə hazırlamaları tələb olunurdu. Rəhbərin sevimli yeməkləri arasında mərcimək supu, kərə yağında qızardılmış kartof, o cümlədən də keçi əti mühim yer tutub. Eyni zamanda donuz ətindən hazırlanan borşa da üstünlük verərmiş.
5. SSRİ-nin sonuncu rəhbəri Mixail Sergeyeviç Qorbaçov isə ən çox pendir və kürüyə üstünlük verib. Qorbaçovun müxtəlif növ pendirlərdən istifadə etdiyi məlumdur. Hətta Fransaya səfəri zamanı oradan çoxlu pendir gətirdiyi deyilir. SSRİ-nin sonuncu rəhbərinin səhər yeməyində daha çox yulaf və qarğıdalıdan hazırlanan qidalara yer verilib. Mətbəxtdə çalışan işçilərin dediyinə görə Qorbaçov çörəyi və tərəvəzləri də çox sevirmiş.