Nermine Abbasova

Stressin sağlamlıq üzərindəki təsirləri - HƏKİM DANIŞIR

Baxış sayı: 362

Günümüzdə artan stressin sağlamlıq üzərindəki təsirləri bir çox insanları narahat edir. Demək olar ki,hır kəs bu problemin fəsadlarını həyatında hiss edir. Məhz bu səbəbdən maraqlı olacağını nəzərə alıb, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovanın ilə sözügedən mövzuda fikirlərini öyrəndik.

“Gencaile.az” saytına danışan həkim deyir ki, günümüzdə artan stress, bir çox insanın həyat keyfiyyətini ciddi şəkildə təsir edir. Biz, həkimlər, bunun yalnız psixoloji deyil, həm də fiziki sağlamlıq üzərindəki mənfi təsirlərini gündəlik praktikamızda hər zaman müşahidə edirik. Stress, bədənimizdə bir çox fizioloji dəyişikliklərə səbəb ola bilər. Uzun müddətli stress, ürək-damar sistemi üzərində təzyiq yaradır, qan təzyiqinin yüksəlməsinə, ürək ritm pozuntularına və hətta infarkt kimi ciddi problemlərə yol aça bilər.

Mütəxəssis onu da dedi ki, mədə-bağırsaq problemləri, qaz yaranması, həzm çətinlikləri və yuxusuzluq kimi şikayətlər çox yayılıb. Bununla yanaşı, stressin arxasında olan uzun müddətli narahatlıq və psixoloji gərginlik, depresiya və narahatlıq pozuntularına da yol açır.

Nərminə xanım bildirir ki, fiziki olaraq, stress əzələlərdə gərginlik yaradır və bu, bel, boyun və çiyinlərdə ağrılarla nəticələnə bilər. Xüsusilə, bizim klinikamızda gördüyümüz kimi, xəstələrdə davamlı baş ağrıları, boyun və bel problemləri, eləcə də fiziki fəaliyyət məhdudiyyətləri artır. Bu kimi hallarda, fizioterapiya və reabilitasiya xidmətləri müalicənin vacib hissəsinə çevrilir.

Həkim onu da vurğuladı ki, stresslə mübarizə üçün bir neçə sadə, amma təsirli addımlar atıla bilər. İlk növbədə, düzgün nəfəs almanın vacibliyini vurğulamaq istəyirəm. Stressli anlarda dərin nəfəs almaq, bədənin rahatlamasına və əzələlərin yumuşalmasına kömək edir. Həmçinin, mütəmadi olaraq idmanla məşğul olmaq – xüsusilə, gəzinti, yoga və pilates kimi yumşaq hərəkət proqramları – həm bədən, həm də zehni rahatlaşdırır.

Həkimin dediyinə görə, nəhayət, stressin mənfi təsirlərini azaldacaq ən önəmli amillərdən biri də yaxşı yuxudur. Yuxusuzluq, bədənin bərpa prosesini pozur və stresin artmasına səbəb olur. Bu səbəbdən, hər gün müəyyən saatlarda yatmağa çalışmaq və yaxşı yuxu keyfiyyəti təmin etmək çox vacibdir.

Mütəxəssis həmçinin qeyd etdi ki, əgər stress davamlı və yükləyici hala gəlirsə, psixoloji dəstək də almaq lazımdır. Bizim mərkəzdə həm fizioterapiya, həm də psixoloji dəstək üzrə bir çox proqramlarımız mövcuddur ki, bu da xəstələrə bütünlükdə bədən və zehni sağlamlığı təmin etməyə kömək edir. Stresslə effektiv mübarizə yalnız bir yanaşma ilə mümkün deyil – bu, həm fiziki, həm də psixoloji müalicə yanaşmalarını birləşdirməyi tələb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir