Su nə qədər və nə vaxt içilməlidir? – FAYDALI MƏSLƏHƏT

Baxış sayı: 2. 091

Yəqin ki, hər bir insanı su qəbulu ilə bağlı bir sual da həmişə maraqlandırıb. Gün ərzində nə qədər və nə vaxt su içmək lazımdır?

Orqanizmə hansı miqdarda suyun lazım olduğunu dəqiqləşdirmək üçün kiçik bir hesablama aparmaq kifayətdir. Bədənin hər kiloqram çəkisi 30 qram su tələb edir. Məsələn, əgər sizin çəkiniz 70 kiloqramdırsa, 70 vurulur 30-a. Nəticədə sizin orqanizminizin suya tələbatı 2 litr 100 qram alınır. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, əgər insan idmanla, yaxud gün ərzində saatlarla fiziki işlə məşğul olursa, və ya havaların hədsiz dərəcədə isti olması suya tələbatı artırır.

Bəs suyu nə vaxt içmək lazımdır?

Bu sualın birinci cavabı çox sadədir: Orqanizm tələb edəndə.

İkinci cavab isə suyu günün müəyyən vaxtlarında qəbul etməklə faydalarının maksimum effektini almaqdır. Beləliklə:

1. Səhər oyanan kimi acqarnına 400 qram su içmək daxili orqanların işini fəallaşdırır.

2. Qida qəbulundan 30 dəqiqə əvvəl 200 qram su içmək həzmi yaxşılaşdırır.

3. Duş qəbul etməzdən əvvəl 200 qram su içmək qan təzyiqinin aşağı düşməsinə kömək edir.

4. Yatmazdan qabaq 200 qram su içmək insult riskini azaldır.

Bəs orqanizmin suya tələbatı ödənilməyəndə nələr baş verir?

1. Həzm sistemində problemlər yaranır ki, bu bütövlükdə orqanizmin yorulmasına səbəb olur.

2. Tənəffüs yolları xəstəliklərinə tutulma riski artır.

3. Qanın tərkibi 92 faiz sudan ibarət olduğundan, su çatışmazlığı zamanı qan qatılaşır, qan dövranı pisləşir ki, bu da qan təzyiqinin qalxmasına səbəb olur.

4. Orqanizmin susuzluğu bütün daxili orqanları və həmçinin dərini vaxtsız qocaldır.

5. Maddələr mübadiləsi pozulur.

6. Allergiyaya meyllilik artır.

7. Oynaqlarda ağrılar yaranır.

8. Qəbzliyə səbəb olur.

9. Böyrəklərdə və sidik kisəsində problemlər yaranır.

10. Xolesterinin miqdarı çoxalır.

Bu siyahını bir az da uzatmaq olar. Çünki su:

1. İnsan orqanizminin temperaturunu normal saxlayan tənzimləyicidir.

2. Bədənin bütün hüceyrələrini oksigenlə təmin edir.

3. Orqanizmdə olan toksinləri və zərərli maddələri bədəndən xaric edir.

4. Bütün daxili orqanların normal fəaliyyətini təmin edir.

5. İnsanı artıq çəkidən xilas edir.

6. Orqanizmdə baş verən bütün kimyəvi proseslərdə fəal iştirak edir.

7. Ürək-damar sistemi üçün olduqca faydalıdır. Belə ki, gündəlik olaraq qədərində su qəbul etmək damarlarda tıxacın yaranmasının qarşısını alır, infarkt riskini azaldır.

8. Stressə qarşı mübarizə aparır.

9. Gümrahlıq gətirir.

10. Dərini təravətləndirir.

Suyun orqanizm üçün bu qədər zəruri olduğunu düşünüb qədərindən artıq qəbul etmək yolverilməzdir. Bu xoşagəlməz fəsadlar yarada bilər. Əgər orqanizminiz normadan artıq su tələb edirsə həkimə müraciət etmək məsləhət görülür.

 

Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir