bogulmaq

Suda boğulan adamı necə xilas etməli?

Baxış sayı: 1. 560

Yay girəndən, dəniz mövsümü başlayan gündən boğulma hekayələrinin də sayı artmaqdadır. Daha çox içkili şəxslərin boğulması halları çoxluq təşkil edir. Amma bununla paralel səriştəsiz şəxslərin xilasetmə prosesində iştirak etməsi mənzərəni daha da faciələşdirir. Nəticədə xilas etməyə qoşulan şəxslər də özlərini qoruya bilmir və boğulurlar. Yəni üzməyi bacarmaq xilas etməyi bacarmaq demək deyil, eyni anlama gəlmir.

Suda boğulma – mərhələ-mərhələ, nələr baş verir?

“Gencaile.az” mövzunun aktuallığını nəzərə alıb, suda boğulanlara yardım formaları barədə məlumatları nəzərə çatdırır.

 

Ümumiyyətlə, suda boğulmanın mərhələsi aşağıdakı şəkildədir:

– Təəccüb və panika halında insan suya batdığı zaman şüurlu şəkildə nəfəsini tutur və su üzündə dərin nəfəs alır.

– Su altında nəfəs borusuna su girməsi ilə refleks olaraq nəfəsi tutulur.

– Qanda karbondioksit səviyyəsi yüksəlir və insan dərin nəfəs alır və su ağciyərə girir.

– Şüur itir, tənəffüs itir və ölüm meydana gəlir.

Yazının bundan sonrakı hissəsində hamımızı maraqlandıran sualları cavablamaqla davam edək:

Üzə bilən biri boğula bilərmi? Bilsə də başqa bir səbəbdən boğulma yaşaya bilərikmi?

Suda boğulmalar əsasən üzə bilməyənlərin dərinliyini, dib quruluşunu bilmədikləri sularda sərinləmək istədikləri zaman baş verir. Amma üzmə bilənlər də axıntı, dibi palçıq olan zəminlərdə, travma, spirtli içki, dərmandan istifadə, suda riskli hərəkətlər və su idmanı qəzaları kimi səbəblərə görə suda boğula bilirlər.

Xüsusən də uşaqlarımızla bərabər suda olmalı və ya onları yaxından izləməliyik. Çünki onlar daha tez panikaya düşə, zarafat edərkən zərər görə bilirlər. Hovuzda üzəndə isə ya onların yanında olmalı, ya da yaxın məsafədən müşahidə etməliyik. Hovuzlardakı aksesuarlar, hovuz içi boşluqlar böyük təhlükəyə səbəb olur.

suda boğulmalarda ilk yardım ile ilgili görsel sonucu

 

Boğulma anında nə etməliyik?

Suda boğulmaları 2 növdə dəyərləndirə bilərik.

Quru boğulma: ağciyərdə su yoxdur. Bu insanlarda qırtlaq spazm vəziyyətindədir. Ağciyərlərə nə su, nə də oksigen girə bilər.

Su udaraq boğulma. Boğulmaların böyük əksəriyyəti bu səbəblə baş verir. Ağciyərlərə dolan suyun miqdarı tənəffüsün dayanmasında ciddi faktordur.

Suda boğulmaqda olan insan üzməyi bacarsa belə, ilk olaraq xilasedici jilet, xilasedici halqa, ip kimi suda batmayan bir əşya atmalıyıq. Üzərək can qurtarmaq çətin məsələdir. Əgər bu sahədə hər hansı təhsil almamısınızsa, bu, müşkül deməkdir. Çünki boğulmaqda olan insan panika halında çırpınarkən bizim də boğulmağımıza səbəb ola bilər.

 

Ən kritik saat 72 saatdır

– Boğulma təhlükəsi keçirən insan sudan çıxarılınca, ağzından protez, taxma diş kimi yad əşyalar çıxarılmalı, sərt bir zəminə qoyulmalıdır.

– Baş geriyə yatırılıb, çənə qaldırılmalı, başın altına qatlanmış geyim əşyası və sair qoyulmalıdır.

– Bir əllə xilas edilmiş şəxsin alnına qoymalı, eyni əlin baş və işarət barmaqları ilə burun qapatılmalı, digər əl ilə ağız açılmalıdır.

– Qurtarıcı onun nəfəs almasına yardım etmək üçün süni nəfəs verir.

– Daha sonra ürək masajı etməlidir.

suda boğulmalarda ilk yardım ile ilgili görsel sonucu

 

Boğulma hekayələrində şirin su-duzlu su fərqi varmı?

Var. Şirin suda ölüm 3-4 dəqiqədə baş tutur. Ağciyərlərdəki hava kisəcikləri qapanaraq qanın oksigenləşməsinin qarşısını alır, qan oksigenləşmədən təkrar dövrana keçər. Şirin suyun faizi aşağı olduğu üçün damarlar tərəfindən əmilir, qanın həcmi artır və ürək çatışmazlığına düşməsinə səbəb olur.

Qanın əzələlərə oksigen daşıması pozulur. Duzlu suda isə ölüm 5-6 dəqiqədə gerçəkləşir.

 

İkincili boğulma nədir?

Xəstələr xilas edildikdən sonra 72 saat boyunca təqib olunmalıdır. Çünki ikinci boğulma deyə adlandırılan durum baş verir. Bu durum əsasən körpələrdə və ya uşaqlarda təhlükəlidir. Özəlliklə hovuz sularındakı kimyəvi maddələr, ağciyərlərdə qalan su zaman içində ağciyərlərin quruluşunu pozaraq vəzifələrini həyata keçirməsinə mane ola bilər.

Əgər uşaqda nəfəs alma çətinliyi, ağır öskürək, halsızlıq, yuxu sərsəmliyi fərq edərsək, mütləq həkimə aparmalıyıq. Eyni şəkildə suyun mikrobik quruluşu, udulan yosun parçacıqları zaman  infeksiyaya və hava yolunun tıxanmasına da səbəb ola bilər.

Batan şəxsi saçlarından, paltarının yaxalığından və qoltuqaltı nahiyəsindən tutmaq lazımdır

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilas edəni də batıra bilər.

Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır.

Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

suda boğulmalarda ilk yardım ile ilgili görsel sonucu

 

Suda boğulma zamanı ilk tibbi yardım:

– dərhal “təcili yardım” çağırmaq;

– tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;

– cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;

– sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;

– əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;

– sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini  yoxlayın;

– əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”) icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.

Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra  onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa da, o, mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Bütün bədbəxt hadisələrdə olduğu kimi, suda boğulmadan qorunmağın ən yaxşı üsulu onun profilaktikasıdır. Uşaqlardan söhbət getdiyi halda bu daha aktualdır! Kiçik uşaqları heç zaman su ilə doldurulmuş vannada təkbaşına qoymayın, hovuzda, dənizdə çimərkən onlara nəzarət edin və s.!

 

Fövqəladə Hallar Nazirliyi nə məsləhət görür?

Məsləhətlər sırasında yer alan məqamlardan biri də odur ki, ümumiyyətlə, boğulan insana üzüb arxadan yaxınlaşmaq lazımdır. Ən yaxşı üsul – insanı vurub gicəllətmək və saçlarından tutub çəkmək. Bunu etmək çətindir, çünki boğulan insan xilaskarın boynundan yapışır və bununla onu suda batıra bilər. Sonra bir əl ilə boynundan tutub və arxası üstə uzanan vəziyyətdə üzmək lazımdır. Sudan çıxardandan sonra batan insanı qarın tərəfi ilə dizinizin üstünə elə qoyun ki, başı aşağı sallansın. Belə edərkən siz suyu bədəndən asanlıqla çıxara bilərsiniz. Bundan sonra insanı arxası üstə uzandırıb, ona süni nəfəs və ürəyi masaj etmək lazımdır.

İndi isə keçək Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məsləhətlərə. Saytda qeyd olunub ki, suda boğulan insanın xilası əsasən peşəkar xilasedicilərin öhdəsindən gəldiyi işdir. Suda batan insanı xilas edərkən xilasedicinin əsas görməli olduğu işlərin sırası belədir: suya girməli, batan insana yaxınlaşmalı, onu suyun altında aşkar etməli, özünün boğulmasına imkan verməməli, boğulan adamı tez bir zamanda sahilə çatdırıb ilk tibbi yardım göstərməlidir.

Suda batan insanı xilas edərkən özünüzü qorumaq və  sahilə sağ-salamat  çatmaq ən əsas işdir. Batan insana kömək edərkən sizin əsas məqsədiniz onu sahilə ən təhlükəsiz yolla çıxartmaqdır. Bu zaman şəraitə uyğun olaraq  təhlükəsiz yolu seçin: imkan varsa sahildə qalın, boğulana əlinizi, taxta parçası, budaq və ya kəndir uzadın. Bu zaman çalışın ki, tarazlığınızı elə saxlayasınız ki, boğulan adam sizi suya çəkməsin.  Ancaq tam şəkildə suya girmək zərurətinin yaranmasına  əmin olduqdan sonra bunu edin. Boğulan insanı sudan çıxararkən çalışın ki, onun başı döş qəfəsindən aşağı olsun.

Sahilə çatdıqda isə  təxirəsalınmaz şəkildə yardım göstərməyə çalışın. İlk tibbi yardımın göstərilmə ardıcıllığı boğulmanın növündən asılıdır. Bu iki cür olur: batan insan göy rəngdə və yaxud  ikinci halda-ağ rəngdə olur.

Göy rəngdə boğulma növündə boğulan insan suda dərhal batmır, suyun üzərində qalmağa çalışır. Bu zaman nəfəs alarkən çox miqdarda su udur ki, bunun nəticəsində mədə dolur və buradan da ağciyərlərə keçir. Bu zaman hava çatışmazlığından bədən göyərməyə başlayır.

Ä°lgili resim

Bədəni ağaran adam isə suya düşən zaman həyatı üçün heç bir mübarizə aparmır və dərhal suyun dibinə gedir. Bu, əsasən qayıq və ya baydara çevrilən vaxt baş verir və insan da bu zaman panikanın təsiri altında suyun dibinə gedir. Soyuq su ilə təmas zamanı tənəffüs və ürəyin gözlənilmədən dayanması baş verə bilər. Bu zaman su ağciyərlərə düşmür.

Boğulan adamın bədəni göy rəngə çalırsa,  təcili olaraq suyu onun tənəffüs yollarından çıxartmaq lazımdır. Bunun üçün bir dizinizi qatlayıb zərərçəkmişi diziniz üstə elə qoymalısınız ki, onun döş qəfəsinin aşağı hissəsi dizinizə söykənsin,  baş və bədənin yuxarı hissəsi aşağıya doğru sallansın. Sonra isə bir əlinizlə onun ağzını açıb, o biri əlinizlə kürəyinə vurmalısınız. Bədənindən suyu çıxartdıqdan sonra onu kürəyi üstə çevirib düz bir yerdə uzatmaq lazımdır. Bint və ya əl dəsmalı ilə zərərçəkmişin ağız nahiyəsinin ətrafını qumdan təmizləyin. Reanimasiya tədbirlərini tətbiq edin, süni nəfəs verin, ürəyin qapalı masajını edin.

Boğulan insanın bədəni ağ rəngdə olduqda isə dərhal reanimasıya əməllərinə keçmək lazımdır. Soyuqdəyməyə qarşı profilaktik tədbir kimi isə yaş paltarı çıxartmaq, zərərçəkmişi isti paltarlara bükmək, isti su vermək lazımdır.  Zərərçəkmiş özünə gəlib,  yaxşı hiss etdiyini desə  belə,  xəstəxanaya müraciət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir