Tarixdə ilk suda doğuş Misirdə olub. Qədim misirlilər bu üsuldan yararlanıb. İllər uzunu suda doğuş unudulub. Lakin 1803-cü ildə Fransada yenidən təkrarlanıb. Doğumu çox uzun sürən bir qadını ilıq su ilə dolu bir vannaya salırlar. İlıq su içində yatan hamilə qadının doğum sancılarını su azaldır və o, rahatlıqla döldən azad olur.
Araşdırma zamanı bəlli olub ki, 1970-ci illlərdə Rusiya və Fransada suda doğuş halları artır. Bu, az qala dəb halını alır. 1980-1990-cı illərdə İngiltərə, Kanada və Avropa ölkələrində də bu üsul geniş yayılır.
https://www.youtube.com/watch?v=gEE1t-26Z3Q