Əgər isti yay günlərində içmək üçün nəsə axtarırsınızsa, sizə südlü kokteyl təklif edə bilərik. Hər halda maraqlı olacağını nəzərə alıb, südlü kokteylin xüsusi hazırlanma üsulunu təqdim edirik:
Südlü kokteylin hazırlanması:
Içindəkilər:
Süd 200 ml
Dondurma 80-100 qr
Şərbət 2 xq (mürəbbə suyu)
Buz 3-4 ədəd
Hazırlanması:
Südü kokteylin qabına tökürük, üzərinə dondurmanı, şərbəti və buzları əlavə edirik.Əgər qab plastikdirsə,buzları xırda doğramaq lazımdır ki, blender çatlamasın. Və zövqə görə moruq, çiyələk və ya vişnə şirəsi əlavə etsəniz daha ləzzətli olar.
Hazırlayan hər kəsə nuş olsun!