cengel-bicaq

Süfrə bəzəyi – çəngəl, bıçaq, qaşıq düzülüşü necə olmalıdır?

Baxış sayı: 3. 368

Müxtəlif ölkələrin müxtəlif süfrə mədəniyyəti olsa da, onun bəzənmə prosesi bütün dünyada ümumi olaraq qəbul olunub. Bu yazıda sizə süfrə bəzəyərkən çəngəl, bıçaq və qaşığın necə düzülməsi mövzusunda ipucları veririk. Əvvəlcə bilməlisiniz ki, çəngəl, bıçaq və qaşıq süfrəyə düzülərkən yeməklərin verilmə sırası ilə düzülməlidir.

Şorba üçün qaşıq sağdan ən sonuncu, ondan əvvəl boşqaba daha yaxın salat bıçağı durur. Boşqabın lap yaxınında isə isti yemək üçün bıçaq, steyk bıçağı və ya əgər əsas yemək balıqdırsa, o zaman balıq üçün bıçaq olmalıdır.

Boşqabdan solda, ən uzaq və sonuncu salat üçün çəngəl, onun yanında boşqaba lap yaxın əsas yemək üçün çəngəl qoyulur. Desert üçün qaşıq və ya çəngəl, bıçaq oturanın qarşı tərəfində, boşqabın yuxarısından düzülür. Çəngəl sol əllə istifadə edildiyi üçün onun tutulan hissəsi sol tərəfdə olmalıdır. Bıçaq isə ona əks olaraq sapı sağ tərəfə doğru uzanmalıdır. Əgər süfrəyə veriləcək desert qaşıqla yeyiləcəksə, bu zaman qaşıq sağ əllə tutulduğu üçün sapı sağ tərəfdən olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir