masin

Sükan arxasındakı qorxunu necə dəf edək?

Baxış sayı: 1. 538

İlk dəfə sükan arxasında əyləşən hər bir kəs qorxu hissi keçirir. Düşünür ki, idarəetməni itirəcək və qəza edəcək. Bir az qorxu yolda daha diqqətli olmağa vadar edir. Lakin qorxu bizə idarəetmədə maneçilik törədirmi? Sükan arxasında qorxunu necə dəf edək?

Qorxunun yaranma səbəbləri 

Psixoloqlar iddia edir ki, əgər səbəbini aydınlaşdıra bilsək,  istənilən qorxunu aradan qaldırmaq olar. Sən şəhər yollarında hərəkət edərkən yolda heç bir işıqfor və yol işarələrini görmürsənsə, o zaman daha təcrübəli sürücülərlə dəfələrlə məşq etməlisən. Və hər şeyi öyrəndikdən sonra artıq öz sürücülük təcrübəndən istifadə etməyi bacarmalısan. Əgər təpəyə çıxmaqda problem yaranırsa, onda avtodromda “məşq etməyə” çox vaxt ayırmaq lazımdır.

Sükan arxasında qorxunu necə yox edək?

Öz emosiyaları ilə bacarmaq üçün sürücü qabaqcadan səfərə (yola çıxmağa) hazır olmalıdır. Özü özünü əmin etməlidir ki, o artıq bir neçə dəfə bu yolu gedib. Bir anlıq çətin yerləri  xatırlamaq və onları beynində dəf etmək məsləhət görülür. Məhz bu üsulla siz sakitləşə və fikrinizi bir yerə toplaya biləcəksiniz.

Qadınların avtomobili idarə etmək qorxusu

Bu bir faktdır ki, sükan arxasında kişilər qadınlardan daha az qorxu hissi keçirir. Bu, qismən belədir, çünki kişilər avtomobilin  quruluş və fəaliyyət prinsipləri haqda daha geniş məlumata malikdirlər. Qadınlar özlərində inamı daha da artırmaq üçün avtomobildə baş verən proseslərin strukturları ilə tanış olmalıdırlar.

“Özünü inandırma-özünə təlqin”

Yolda qorxunu dəf etmək üçün “özünə inam-özünə təlqin” üsulundan istifadə etmək lazımdır. Sözsüz ki, bütün insanlar fərqlidir, amma hər insan özündə inam yarada biləcək üsulları axtarıb tapa bilər. Məsələn, öz-özünə deyə bilərsən ki, “toxun” və bir neçə dəqiqə gözünü yumub xəyalında sevimli əşyanı  canlandıra bilərsən.

Təcrübələr göstərir ki, bəzi insanlar  idarə edilməz qorxu səbəbindən heç vaxt avtomobil sürə bilmir. Qalanları isə layiqincə öz zəif cəhətlərini üstələyir və qorxu hissini dəf edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir