Sumqayitda daha bir tibb ocağı fəaliyyətə başlayıb.
Şəhərin 10-cu mikrorayonu, 291 ünvanı, “Koroğlu” prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “İnci Göz” miniklinika- oftalmoloji kabineti bu günlərdə sakinlərin istifadəsinə verilib. XXI əsr kompyüter erası olduğundan əhali arasında, xüsusən məktəbli uşaqlar arasında gözlə bağlı problemlər artmaqdadır. Şəkərli diabetdən əziyyət çəkən insanlarımız da az deyil. Göz də şəkərli diabetin ən çox fəsad verə biləcək orqanlardandır. Bütün bunları nəzərə alaraq müasir avadanlıqlarla təchiz olunmuş miniklinikada peşəkar göz həkimlərinin bütün göz xəstəliklərinin müayinə və müalicəsi təşkil olunmuşdur.
Gözünüz həmişə aydın olsun!