sumuk

Sümükləri gücləndirən qidalar

Baxış sayı: 845

Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoartrit (oynaqlara duz yığılması) kimi problemlərlə tez-tez rastlaşırlar. Sümüklərin sağlam qalması üçün ediləcək ilk şey düzgün qidalanmaqdır. Mütəxəssislər möhkəm sümüklərə sahib olmaq üçün günəş şüasından istifadəni və əsasən vitamin tərkibli qidaların qəbulunu tövsiyyə edirlər.

Beləliklə, xarici KİV-ə istinadən sümüklər üçün faydalı olan həmin vitaminli qidaları təqdim edirik:

 

1) Kalsium

Sümüklərin möhkəmliyi üçün günəş enerjisi qədər kalsium da vacibdir. Əsasən süd məhsulları, fıstıq, qoz, badam, kələm, brokoli, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etməklə sümüklərin kalsiuma olan ehtiyacını ödəmək olar.

 

2) D vitamini

D vitamininin ən vacib funksiyalarından biri sümük sağlamlığını qorumaqdır. Bu, həzm sistemində kalsiumun udulmasında, həm də sümük əmələ gəlməsində iştirak edən hüceyrələrə stimullaşdırıcı təsir göstərir. D vitamininə ən çox balıq, yumurta, kartof, süd və göbələk kimi qidalarda rast gəlinir.

 

3) C vitamini

Sümük daşlarının quruluşuna təsir edən kollagen (insan bədənində olan amin turşularından ibarət bir proteindir) istehsalını artıran C vitamini də əhəmiyyətli rola malikdir. Sitrus meyvələri, kivi, çiyələk, yaşıl bibər, pomidor, gül kələm və bibər kimi qidalar C vitaminli tərkibə malikdirlər.

 

4) B12 vitamini

Sümüyün keyfiyyəti və inkişafı üçün çox vacib olan B12 vitamini çatışmadıqda, sümük rezorbsiyası (hərəkətsizlik) inkişaf edir. B12 həm bədənin, həm də sümüklərin qələvi balansının təmin olunmasında mühüm rol oynayan kalium, kalsiumun bədəndə uzun müddət qalmasında rol oynayır. Dəniz məhsulları, kartof və bananın tərkibində çox miqdarda kalium var.

 

5) A vitamini

A vitamininin də sümük inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyi aşkar edilib. Omega-3 və 6, balıq, qoz və yaşıl yarpaqlı tərəvəzlərdə daha çoxdur və kalsiumun udulmasına kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir