Nermine Abbasova

Sümüklərinizi vaxtından əvvəl məhv edən qidalar

Baxış sayı: 313

Sümüklərin sağlamlığını qorumaq üçün bəzi qidalardan çəkinmək vacibdir. Bu qidalar sümükləri zəiflədərək onların vaxtından əvvəl məhv olmasına səbəb ola bilər. Mövzu ilə bağlı danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, bu baxımdan müxtəlif qidaları sadalamaq olar.

diz agrisi

Həkimin sözlərinə görə, şəkərli qidalar və içkilər bu baxımdan ilk sırlardadır: “Şəkər, kalsiumun sümüklərdən çıxmasına səbəb ola bilər. Şəkərli içkilər, çərəzlər və şirniyyatlar xüsusilə zərərlidir.”

Mütəxəssis alkoqolu da xüsusi qeyd etdi:: “Alkoqol, kalsiumun udulmasını azaldır və sümük mineralizasiyasını zəiflədir. Uzunmüddətli alkoqol istehlakı sümüklərin zəifləməsinə səbəb ola bilər.”

Soda və qazlı içkilərin zərərlərini də vurğulayan Nərminə Abbasovanın sözlərinə görə, bu içkilərdəki fosfor turşusu kalsiumun sümüklərdən çıxmasına səbəb ola bilər.”

Həkim həmçinin qeyd etdi ki, çox duzlu qidalar (fast food, konservlər və ya çox duzlu çipslər) sümüklərdən kalsiumun itirilməsinə səbəb ola bilər.

Yüksək proteinli qidaların da adını çəkən mütəxəssisin fikirincə, çox yüksək miqdarda ət və zülal istehlakı, bədənə əlavə asidik yük gətirir ki, bu da sümük mineralının azalmasına səbəb ola bilər.

Həkim sonda onu da bildiridi ki, sümüklərin sağlamlığını qorumaq üçün balanslı, kalsium və D vitamini ilə zəngin qidalar istehlak etmək daha faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir