hekim

“Süni mayalanma necə baş verir” – MÜSAHİBƏ

Baxış sayı: 24. 964

Gencaile.az Mahirə İsmayılovanın müsahibəsini təqdim edir.

 
-Süni mayalanmada proses necə aparılır?

Süni mayalanma yolu ilə yumurta ilə sperma laboratoriyada mayalandırılıb uşaqlığa köçürülür. İlk-öncə qadın aybaşının 2-3-cü günü gəlir. Biz onu USM müayinəsindən keçirdirik. Follikullarını yetişdiririk. Follikullar böyüyüb 18-20 mm-ə çatanda biz onları aspirasiya edərək narkoz altında Ultrasəsin köməyi ilə toplayırıq. Sonra qadının ərindən sperma götürürük. Daha sonra mikroskop altında 400 dəfə böyüdülərək spermanın bir pipeti alınır. Sonra pipet vasitəsilə sperma yumurtanın içərisinə injektə edilir, yəni yumurtaya qoyularaq inkubasiya edilir.Sperma yumurtanın içərisinə girəndə özü yumurtanın öz xromosomları ilə bir araya gəlir. Anadakı 23 xromosom atadakı 23 xromosom birləşir. Bir –birinə uyğun gələn xromosomlar birləşir və uşaq əmələ gəlir. Bu Tanrı möcüzəsidir.Embrionlar əmələ gəldikdən sonra 2-3 gün biz onları nəzarətdə saxlayırıq. Onların böyümələrini izləyirik.Və onların canlı olduğunu görəndə qadının yumurtalığına köçürdürük. Çünki bu embrion laboratoriya şəraitində ən çoxu 5-6 gün yaşaya bilər. 6-cı gündən sonra qabığından çııxıb uşaqlığın içində damarların olduğu yerdə qidalanması lazımdır.Uşaqlığın içərisində özü-özünə yer tapır. Necə ki toxumu torpağa atanda orda özünə yer tapıb cücərir, eləcə də həmin embrionu vaxtı çatanda uşaqlığa qoyduqda qidalanmaq üçün münbit şərait tapır.Embrion köçürülməsindən sonra hamiləlik testi qoyulur. İki həftədən sonra USM müayinəsi aparılır və hamiləlik tam təsdiq olunur.

“Azərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə həyata keçirilib”

-Ölkəmizdə nə vaxtdan bu əmıliyyatlar həyata keçirilir?

-Dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayı 2 milyondan çoxdur. Şəxsən mən Azərbaycanda həyata keçirdiyim süni mayalanma nəticəsində doğulan 1000-dən çox uşaq saymışam. Ancaq sonralar sayını itirdim. Təqribi hesablamalara görə Azərbaycanda süni mayalanma ilə doğulan üşaqların sayı indi artıq 3 minə çatıb. Bakıda süni mayalanma ilə dünyaya gələn ilk uşağın 8 yaşı oldu. Süni mayalanma ilə doğulan uşaqların sonrakı inkişafını da həkimlərimiz izləyir. Belə uşaqlar tamamilə normal üşaqlardır.Başqalarından fərqi yoxdur. Bilirsiniz hər dəfə belə uşaqların doğulduğunu görəndə valideynlər qədər sevinirik.Çünki sıfırdan bütün prosesi izləyirik.Məqsədimiz budur ki, uşaq arzulayan hər bir ailənin qucağı boş qalmasın.Süni mayalanma ilə qadın məhz öz ərindən hamilə qalır. Sonsuz insanların son çarələrindən ən üstünü olan süni mayalanma əslində tamamilə təbii bir əməliyyatdır.Daha doğrusu uşaqları olmayan ərlə arvadın  təbii cütləşmənin süni yolla həllidir.Doğulan uşaq öz ata-anasına oxşayır.

“Hər 6 ailədən 1-də sonsuzluq var”


-Sonsuz ailələr çoxdur?

Azərbaycanda yeni evlənən hər 6 ailədən 1-i müalicəsi mümkün olmayan sonsuzluqla üzləşir. Bunların da əksəriyyəti süni mayalanmaya ehtiyac duyur.Yəni onların məruz qaldığı sonsuzluğun  müalicəsi yoxdur.Əgər Azərbaycanda 2 milyon ailə varsa, onların təqribən 300 mini, başqa sözlə 15 faizi sonsuzluqdan əziyyət çəkir. Bu təqribi rəqəmlər dünya statistikasından götürülüb. Sonsuzluqdan əziyyət çəkən 45-50 min ailənin süni mayalanmaya ehtiyacı var. Məlumdur ki. sonsuzluğun bir sıra səbəbləri var.Bununla belə səbəbi bəlli olmayan sonsuzluqlar da var. Əlbəttə səbəblər araşdırılmalı mümkün olduqca sonsuzluq müalicə olunmalıdır.Lakin çarəsiz durumlar yarandıqda cütlüklərin şansı qalmır. Əgər ailədə kişidən qaynaqlanan müalicəsi mümküm olmayan sonsuzluq varsa  süni mayalanmaya daha tez müraciət etməli olurlar. 

-Hansı halda sonsuzluq diaqnozu qoyulur?

Bir qrup xəstələrə sonsuzluğa qarşı bütün mümkün müalicə tədbirləri görülür. Heç bir nəticə olmadıqda süni mayalanma aparılır. Kişinin sperması zəifdirsə, mayalandırma qabiliyyəti yoxdursa, yumurtaya çata bilmirsə süni mayalanma edilir.Yaxud daha betəri sperması yoxdursa, biz onun xayasından kəsik aparıb toxum götürürük yumurta ilə mayalandırıb sonra uşaqlığa köçürdürük.Qadınlarda olan sonsuzluq problemi isə boru ilə əlaqədar olanda, borular nə vaxtsa əməliyyatla götürülübsə, habelə keçirilmiş infeksiyalarda borular bağlanmışsa, konkret desək boru keçməzliyi zamanı məcburən başqa bir yol fikirləşmək lazımdır.Bu da süni mayalanma ola bilər. Habelə qadınlarda yumurtalıqların inkişafdan qalması, endometrioz zamanı, yumurtalıqların funsiyalarının zəiflədiyi durumlarda, polikistoz yumurtalıq zamanı süni mayalanma həyata keçirmək göstərişdir.

“Süni mayalanma üçün yumurta, sperma və uşaqlığın olması şərtdir”

-Süni mayalanmanı çətinləşdirən səbəblər hansılardır?

Süni mayalanma üçün yumurta, sperma və uşaqlığın olması şərtdir. Üstəlik uşaqlığın sağlam olması lazımdır.Uşaqlığın içərisində bitişmə olmamalıdır, polip, düyün, hiperplaziya, endometrit olmamalıdır.Uşaqlığın içindəki patologiyalar süni mayalanmanı çətinləşdirir. Habelə yumurtanın da keyfiyyətli və çox olması vacibdir. Hər yumurta mayalanmaya bilir.Yaş artdıqca yumurta sayı və keyfiyyəti azalır. Bəzən kriptorxizm uzun sürdükdə qarın temperaturunda xayalarda sperma tapmaq olmur. Məhz buna görə də xayalar xayalıqda olmalıdır ki, burda normal sperma yaransın.

-Ailə müayinəyə nə vaxt getməlidir? 

-Mənim fikrimcə dərhal getməlidir. Çünki əgər azospermiya çıxıbsa istər 5 ay gözləsin, istərsə də 5 il, heç bir faydası olmayacaq.Və yaxud da xanımın tutaq ki, boruları bağlıdırsa, bu zavallı qadını boş yerə müalicə edib ora-bura yormağın nə mənası var?

 

-Süni mayalanmada beynəlxalq standartların və tövsiyyələrin pozulması halları olur? 

 Süni mayalanma sonsuzluğun aradan qaldırılması yolunda ən müasir üsuldur. Ancaq burda da getdikcə müəyyən qaydalar təkmilləşir, yeniləşir. Əvvəllər çalışırdılar ki, süni mayalanmada təki hamiləlik baş versin.  Əvvəllər  embrionu qoyanda çalışırdılar ki, çox qoysunlar ki, onlardan bir neçəsinin hesabına hamıləlik baş versin. Biz çalışırıq ki, 2 embrion qoyaq. Bu həm də ÜST-ın vacib tövsiyyəsidir.

-Süni mayalanma ilə doğulanlar çox vaxt əkiz olur? 


BəliÇünki yumurtalığa çox embrion qoyuruq ki, qadın hamilə qalsın. Buna görə də uşaqlar çox vaxt əkiz doğulur. Doğulan əkizlər də sağlam və normal olurlar.




5 şərh ““Süni mayalanma necə baş verir” – MÜSAHİBƏ

  1. mercan kerimova

    salam mən 6 ildir evliyəm heç hamilə qalmadım gedmediyim həkim qalmadı problem yoldawımdadı birdefe gedi həkim ondadı pırablem gedmedi sünü mayalanma yoluyla ana olmaq istirəm oda çox bahadır xaiş edirəm elə bir xəstə xana varsa ucuz qiymətə edilən diyin çox xaiş edirem

    Cavabla
  2. Sevinc xanim

    Ovlad dunyaya getire bilmeyen ve yaxud dogmaq istemeyen her kim varsa aranizda mene muraciyet ede bilersiz tebiki oz hayat yoldasicizin ve sizin olan embronla men sadece dasiyici birisi olaraq davraniram

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir