Azərbaycan Respublika Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı layihə həyata keçiriləcək.
Fondun 8-ci qrant müsabiqəsində qalib olan fərdi layihənin rəhbəri Vurğun Salahovun verdiyi məlumata görə, layihə çərçivəsində sürət həddinin aşılmasının arzuolunmaz nəticələri ilə bağlı maarifləndirmə işi aparılacaq: “Bunun üçün iki tədbir həyata keçiriləcək. Yol qəzaları, onların ağır nəticələrini özündə əks etdirən sosial çarx hazırlanacaq. Eyni zamanda bu mövzuda qanunvericilik, statistika və ekspert rəylərinin yer aldığı dərgi çap olunacaq”.
“Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı sosial çarx hazırlanacaq
Okt 28, 20160
Baxış sayı: 1. 460
GeriTuran İbrahimov: "Əgər bir insan mövqeyini ortaya qoyursa, bu, istənilən halda kimisə qıcıqlandırır" - MÜSAHİBƏ
İrəliGöz kölgəsi ilə düzgün boyamaq üçün 7 ipucu