tort

“Sürpriz” tortu necə hazırlanır?

Baxış sayı: 1. 909

“Gencaile.az” saytı sizi “Sürpriz” tortunun hazırlanma qaydası ilə sizi tanış edir.

Ərzaqlar:

–  6 yumurta

–  1 stəkan şəkər tozu

–  1 stəkan un

–  Yarım stəkan nişasta

–  1 paket vanil

–  1 paket qabartama tozu

–  Bir çimdik duz

–  Yarım stəkan isti su

Xəmiri iki yerə böldükdən sonra 1 yemək qaşığı kakao lazım olacaq.

Hazırlanması:

Yumurtanın sarısını ağından ayırın. Yumurta sarılarını şəkərlə rəngi açılana qədər yaxşıca çırpın. Vanil, duz, nişasta və isti suya ələnmiş unu da töküb çox az çırpın. Bu qarışımı iki yerə bölün. Birinə kakao əlavə edib qarışdırın. Sonra yumurta ağlarını qatılaşana qədər o qədər çırpın ki, tərs çevirdikdə axmasın. Köpmüş yumurta ağlarını iki qarışıma paylaşdırın və yüngül formada əlavə edin, havası getmədən qarışığa yedirin. Sobanın iki qabına yağlı kağız qoyub ikisini ayrı-ayrı tökün və 170 dərəcədə bişirin.

Şokoladlı krem üçün:

– 1 qutu qaymaqlı pendir (200 qr)

– 1 qutu qaymaq (200 ml)

– 2 paket krem şanti

– 100-125 qr benmari üsulu əridilmiş bitter şokolad

Hazırlanması: Bütün vəsaitləri bir qaba qoyub qatılaşana qədər çırpın.

Üzəri üçün: 200 ml qaymağı isidib 100 qr südlü-bitter şokoladı əlavə edib qarışdırın. Videoda göründüyü kimi kekslər bişdikdən sonra istiykən rulon edib 5-10 dəqiqəyə qədər saxlayın, sonra keksləri üst-üstə qoyun, arasına və üzərinə krem yaxmağı unutmayın. Eyni zamanda üstü üçün kremdən bir az saxlayın. Keksin dar hissəsindən uzununa 3 yerə bölün. İlk kəsdiyiniz rulonu möhkəm sarıyın və dik formada təqdim edəcəyiniz qabına qoyun. Digər iki parçanı da ətrafından kəsin. Üstünü kremlə örtün və şokolad sousu tökün. Hazırdır. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir