Təqdim etdiyimiz bu xəbər sürücülərə aiddir. Rusiya istehsalı olan avtomobillərin sahibləri diqqətiniz bizdə olsun. Vaxt məhduddur. Əgər nəqliyyat vasitənizi texniki baxışdan keçirməsəniz qanunla nəzərdə tutulan qaydada cərimə olunacaqsınız.
Yol qəzalarının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi önəmlidir. Əksər sürücülər isə avtomobildəki nasazlığı özünün aşkara çıxaracağını zənn edib texniki baxışdan yayınırlar. Bu da əvvəlcə sürücünün həyatına, ikinci növbədə cibinə ziyan vurur.
Texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.
Rusiya istehsalı olan avtomobillər yanvarın 1-dən mayın 1-dək, digər xarici ölkə, eləcə də Azərbaycan istehsalı olan avtomobillər mayın 1-dən avqustun 1-dək və bu tarixdən ilin sonunadək sərnişin və yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri texniki baxışdan keçirilməlidir.