Sürücüsüz avtomobillər

Baxış sayı: 1. 589

Çinin “Baidu” axtarış sisteminin direktoru Li Yanxun bildirib ki, yaxın 3-5 ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq.

“İtar-tass.com” bildirir ki, “Baidu” artıq bir neçə ildir sürücüsüz avtomobillər üzərində iş aparır.

“Biz təxminən 5 il əvvəl robot-axtarış sistemlərinin təlimi ilə bağlı layihəyə start vermişik. Bu, sürücüsüz avtomobilin yaradılması istiqamətində atılmış ilk addım olub”, -şirkətin rəhbəri deyib.

L.Yanxun qeyd edib ki, elektron qurğuların dəyərinin azalması və texniki həllərin təkmilləşdirilməsi nəticəsində tamamilə avtomatlaşdırılmış robot yaratmağa nail olunub: “Biz layihənin reallaşdırılması zamanı səsin tanınması texnologiyasını tətbiq etdik. İndi əminliklə deyə bilərəm ki, insan beyninin bütün sadə funksiyaları robotlar tərəfindən yerinə yetirilə bilər. Biz düşünürük ki, robotlar avtomobili idarə edə bilər, buna görə yaxın 3-5 ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir