toy

Şüşənin üstündə gəzən, zibil süpürən bəy və gəlinlər – FOTOLAR

Baxış sayı: 1. 527

Şüşə ilə dolu parçanın üzərində gəzənlər, sınmış qab parçalarını süpürənlər, süpürgə üzərindən tullananlar, mişarla ağac kəsənlər… Bu, dünyanın müxtəlif ölkələrində cütlüklərin evlənmək üçün etdikləri maraqlı adətlərdir.

“Gencaile.az” Avropa, Asiya və Afrika ölkələrində qeyri-adi toy adətlərini təqdim edir.

Image result for Afrikada toy

Afrika

Afrikadakı bəzi dövlətlərin adətlərinə görə, elçi gedib razılıq alandan sonra bəyin ailəsi qıza pul və fıstıq verir. Gəlin fıstığı bəylə bölüşür. Onların tanışmasına vasitəçi olmuş şəxslər varsa, fıstıqdan ona da pay düşür.

Qulların evlənməsinin qadağan olunduğu vaxtda Afrikada gəlinlə bəyin süpürgə üzərindən tullanması adəti olub. Bununla da bütün pisliklərin süpürülüb aparılması və daha yaxşı günlərin başlamasına işarə edilir. Həmin süpürgə mütləq bəzənməlidir.

Image result for çexiya toyları boşqab

Çexiya

Çexiyada toy günü gəlinlə bəyin ayağının altında lap Azərbaycanda olduğu kimi boşqab sındırılır. Amma orada evli cütlük boşqab qalıqlarını süpürməlidir. Digər bir adətə görə, toy günü gəlinlə bəy yeməyi eyni qaşıqla yeməlidir. Bəyin dostlarının gəlini qaçırması adəti də çex toylarının ən məşhur adətlərindəndir.

Bəyin gəlini tapması isə onu həmişə qoruyacağı mənasını verir. Toyun axırında gəlinin örtüyü və bəyin ayaqqabısı salonda gəzdirilir. Qonaqlar cütlüyün bal ayı üçün onların içinə pul qoyurlar.

Image result for çin toy astroloq

Çin

Çində çütlüklər evlənməyə qərar versə də, ailənin razılığının olması vacib şərtdir. Bunun üçün də bəyin ailəsi əvvəlcə astroloqun yanına gedir, cütlük haqqında fikir öyrənirlər. Astroloq evlənmələrinə razılıq versə, hazırlıqlar başlanır. Çinlilər üçün toy günün seçilməsi çox vacibdir. Çinlilərə görə, ay təqviminin 7-ci ayının son 15 günü uğursuz günlər hesab edilir. Bunun səbəbi həmin günlər cəhənnəmin qapısının açılması və pis ruhların sərbəst qalması inancıdır.

Toy saatı isə həmişə saatın tamamı yox, yarısına müəyyən edilir. Gəlinin ailəsinə veriləcək ən gözəl hədiyyə isə çaydır. Bərəkət gətirəcəyinə inandıqlarına görə, bəylə gəlinin yataq otağı meyvə və quru meyvələrlə bəzənir. Balaca uşaqlar isə yatağın üstünə otuzdurulur. İnanca görə, yatağın üstündə neçə uşaq oturarsa, cütlüklərin o qədər uşağı olar.

Image result for almanyada düğün adetleri

Almaniya

Qədim alman adətlərinə görə, toyun axırında bəylə gəlin kötük kəsir. Bu da cütlüyün gələcəkdə bütün çətinliklərlə birlikdə mübarizə aparmağına işarədir. Bu ölkədə həmçinin cütlüyün üstünə düyü səpilir. İnanclara görə, gəlinin saçında neçə düyü qalarsa, o qədər də uşağı olar.

Image result for hindistanda düğün adetleri

Hindistan

Hindistanda toylar 3-5 gün davam edir. Hindistan toylarının ən vacib elementi “mehndi”, yəni gəlinin əl və ayağına döymə vurulmasıdır. Gəlinə “Sari” deyilən paltar geyindirilir. Müqəddəs od yandırılır və gəlinlə bəy onun ətrafında dörd dəfə fırlanır. Bundan sonra onlar stollarına qədər qaçmalıdırlar. Bu inanca görə, stola ilk çatan evdə daha çox söz sahibi olur.

Daha bir maraqlı adət ayaqqabının gizlədilməsidir. Belə ki, bəy nikahdan əvvəl hələ “hə” cavabını verməmiş ayaqqabılarını çıxarır. Gəlinin ailəsi qoçaq hərəkət edib ayaqqabıları gizlətməlidir. Bəyin ailəsi isə ciddi cəhdlə ayaqqabıların oğurlanmamasına nəzarət edir.

Image result for bolqarıstanda düğün adetleri

Bolqarıstan

Bolqarıstanda bəy ən yaxın dostları ilə elçi gedir. Hədiyyə olaraq da “rakia” adlı içki aparılır. Ata evliliyə razıdırsa, qərarını açıqlamazdan əvvəl qızından üç dəfə evliliyə hazır olub-olmadığını soruşar.

Bolqar toylarında gəlin çiy yumurta və buğda ilə dolu boşqabı başının üstündən geriyə atır. Qabın kiçik hissələrə ayrılması xoş gələcəyə işarədir.

Image result for iskoçyada düğün adetleri

Şotlandiya

Şotlandiyada bəylə gəlin yumurta, tomatı bir-birinin üstünə tökür. Başqa bir adətə görə, bu ölkədə gəlin toy günü ayaqqabısının içinə qəpik qoyur. Bu da bolluğa işarədir.

Related image

Mərakeş

Mərakeşdə toylar 7 günə qədər çəkir. Südlə çimən gəlinin əl və ayağına xına çəkilir. Toyda gəlin tez-tez paltar dəyişdirir. Mərakeş gəlinlər fərqli formada tərzdə gəlinlik paltarı geyinər. Amma həmin paltarların ipək kimi bahalı parçadan olması mütləqdir.

Image result for israilde düğün gelenekleri

İsrail

İsraildə gəlinlə bəy içərisi şüşə ilə dolu parçanın üzərində gəzməlidir. Bu adət İsraildəki toylarda içi şüşə ilə dolu bezin üzərində gəzmək adəti vardır. Yəhudi inancına görə bu adət Qüdsdəki müqəddəs məbədin yox oluşunu simvollaşdırır. Şüşə qırma ənənəsi xoşbəxtlik və kədərlərlə bəhdəti mənasına gəlir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir