susi

Suşinin ölümcül təhlükəsi

Baxış sayı: 1. 255

Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər. “Gencaile.az” xəbər verir ki, Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub.

Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.

Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan “vibrio alginolyticus” bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər. Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir