su

Susuzluğun yaratdığı XƏSTƏLİKLƏR

Baxış sayı: 1. 357

Su içmək insan sağlamlığı çox vacibdir. Bədəndə maye itkisi yaranarsa, bu  çox ciddi fəsadlar törədə bilər. Yorğunluq, halsızlıq, iştahasızlıq kimi adi görülən problemlərin səbəbi məhz kifayət qədər su içməməklə əlaqəli ola bilər.

Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir.

Bu göstərici yeni doğulan körpələr üçün isə 70 faiz təşkil edir. Beynin 95, ağciyərlərin 90 faizi sudur. Vücudda olan suyun 2 faizinin azalması nəticəsində yorğunluq, diqqət əksikliyi, yaddaş ilə bağlı problemlər ortaya çıxır.

İnsan orqanizmində bütün funksiyaların normal işləyə bilməsi üçün kifayət qədər su içilməlidir.

Gündə 8-9 stəkan və ya 2-2,5 litr su içmək vücudun su ehtiyacını qarşılayır.

Suyun dadını sevməyənlər, ya da mədə bulantısı olanlar dilimlənmiş meyvə dilimləri və ya kök kimi meyvə, tərəvəzlərdən də istifadə edə bilərlər.

Su içmək üçün susamağı gözləməyin. Dərinin nəmli qalmasının əsas qaynağı sudur.

Vücudun ən böyük orqanı dərinin suya daha çox ehtiyacı var. Sağlam, yumşaq, nəmli və yaşlanmağın təsirlərinin görünmədiyi bir dəri üçün gündəlik su istifadəsinə diqqət göstərmək lazımdır.

Tualet ehtiyacı vücudun su ehtiyacı olub-olmadığının ən vacib göstəricisidir. Gün ərzində uşaq normal olaraq 2-3 saatdan bir tualetə gedirsə, bu, onun kifayət qədər su içdiyini göstərir.

Uzman pediatr Altay Abduallaoğlunun sözlərinə görə, kiçik tualet ehtiyacı zamanı görülən tünd rəng orqanizmin suya ehtiyacı olduğunu göstərir.

Mütəxəssis, su itkisinin böyüklər və uşaqlarda da müxtəlif xəstəliklərə yol aça biləcəyini bildirib. Həmin xəstəliklər barədə mütəxəssisin rəsmi facebook səhifəsində qeyd edilib:

 

— Qəbizlik;

— Unutqanlıq;

— Baş ağrısı;

— Saç tökülməsi, kəpəklənmə;

— Böyrək funksiyalarının pozulması;

— Əmizdirən qadınlarda südün azalması;

— Böyrəklərdə qum və ya daşın yaranması məhz vücudun susuz qalması nəticəsində yaranır”.

 

Nəzərinizə çatdıraq ki, mütəxəssislər içilən çay və meyvə şirələrinin suyu əvəz etmədiyini qeyd edirlər. Çünki çay və ya qəhvə vücuddan suyu atır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir