Bu testdən keçərək şüuraltınızdakı qorxuları üzə çıxarın.
Tək otaqda, bütün fikrinizi topayaraq aşağıdakı ssenarini oxuyun və hər suala ağlınıza gələn ilk cavabı verin.
İllərdir heç kimin ayaq basmadığı böyük köhnə evdəsiniz. Evdə yerin altına enən pilləkənlər kəşf edirsiniz. Pillələri enməyə başladınız. Bir… İki… Üç…
1) Neçə pillə endiniz?
2) Bir an qaranlığın içindən səs eşitdiniz. Aşağıdakı şəxs ağlayır? İnildəyir? Adınızı çəkib sizi çağırır?
3) Səsi eşidən kimi necə reaksiya verdiniz?
Kim olduğunu bilmək üçün aşağı enərdiniz? Arxanıza dönüb baxmadan yuxarı doğru qaçardınızmı? Yoxsa qorxudan olduğunuz yerdə donub qalardınız?
4) Aşağıdakı şəxs sizə adınızla səslənir. Bu an yuxarıda qapı açılır və işıqların arasından kiminsə sizə doğru, aşağıya endiyini görürsünüz. Aşağıya gələn kimdi? (tanıdığınız birini seçin)
Tərk edilmiş binalar və yeraltı otaqlar xatırlamaq istəmədiyiniz xahirələri, köhnə yaraları, acıları simvolizə edir.
Demək olar ki, hər kəsin xatırlamaq istəmədiyi xatirələri, yaralı yeri var. Biz unutsaq, ya da unutmağa çalışsaq da şüurumuz bütün bu yaşananları elə asanlıqla yaddaşdan silib atmır. Bu ssenaridəki hadisələrə reaksiyanız əvvəllər yaşadığınız acı xatirələrin öhdəsindən necə gəldiyinizi göstərir.
1) – Nərdivanın axırına qədər qədər pillə sayı yaşadığınız psixoloji yaraların sizdə qoyduğu təsirin dərəcəsini göstərir.
Az sayda pillə enənlər keçmişdə yaşadıqlarından çox az təsirlənənlərdir. Amma yerin dərinliklərinə qədər enənlərin daxilində dərin yaralar var.
2) – Qaranlıqda eşitdiyiniz səslər keçmişə dair acı xatirələri necə xatırladığınızı göstərir.
Ağlama səsi eşitdiyini söyləyənlər dərdli zamanlarda başqaları tərəfindən ovudulmuş və aldıqları bu yardımla bu müddəti nisbətən asan keçirmiş insanlardır. Həmin vaxt ərzində sizə yardım edən yaxşı insanlar bugünkü sizi yaradan şəxslərdir.
İnilti eşitdiyini söyləyənlər çətin zamanlarını yalnız keçirmiş insanlardır. Qaranlıqda eşitdiyiniz inilti öz bastırdığınız acılardır. Bəlkə də artıq qapıları açıb günəşi içəri almağın vaxtı gəlib çatıb.
Adı ilə çağrıldığını eşitdiyini söyləyənlər əvvəllər çəkdikləri dərdləri, acıları medal edib boyunlarına taxanlardır. Bu cür insanar pis xatirələrin ömür boyu acı verdiyini fikrini rədd edirlər. Niçzenin bu cümləsindəki kimi: “Məni öldürməyən şey gücləndirər”. Həmin insanlar bu fəlsəfəni iliklərinə qədər mənimsəyənlərdir.
3) – Qaranlıqda səslərə verdiyiniz reaksiya keçmişinizdəki acılarıla necə mübarizə apardığınızı göstərir.
Əgər səsin mənbəyini tapmaq üçün aşağı ensəniz böyük ehtimalla siz öz həyatında insiyativləri ələ alan davranış şəkli mənimsəmiş insanlardansınız. Problemlərlə üz-üzə gəlmək, əvvəl-axır həll yolunu tapmaq deməkdir.
Arxasına baxmadan yuxarı doğru qaçanlar problemləri gözardı etdiklərində onların yox olacağına inanan insanlardır. Bu yanaşma bəzən işə yaraya bilə. Amma unutmayın ki, dərdlər sandığınızdan daha uzun müddətqalır vəbu üsul onu yox etmir. Qorxularınızla üzləşməlisiniz.
Əgər qorxudan olduğunuz yerdəcə donub qaldınızsa, deməli keçmişinizdə həll edə bilmədiyiniz bəzi hadisələr sizi narahat etməkdə davam edir. Bu da həyatınızı yaşamanıza imkan vermir.
4) – Nərdivanın başında işıqların içindən çıxıb aşağı enən şəxs, çətin vaxtlarınızda güvənəcəyiniz, üstünə gedəcəyiniz, çiyninə baş qoya biləcəyiniz insandır. Seçdiyiniz adam, sizi rahatladacaq və ürəyinizdə yığılıb qalan yaraları sağaltmağa kömək edəcək şəxdir.