Suyu isti içməyin hansı faydaları var?

Baxış sayı: 2. 564

Hər birimiz suyun nə qədər həyati əhəmiyyət daşıdığını, hər gün ən az 2 litr su içilməli olduğumuzu bilirik. Ancaq insanlar soyuq su yerinə isti, ya ilıq su içərək bədənlərinə nə qədər fayda bəxş etmiş olacaqlarını bilmir. “Gencaile.az” “Ailem.az”a istinadən isti su içmək üçün 12 səbəb təqdim edir.

Kilo vermə. Əgər bir neçə kilo artığınız varsa, maddələr mübadiləsini sağlam bir şəkildə hərəkətləndirmək üçün isti suyun sizə faydası olacaq. Bunun üçün günə içinə bir az limon suyu sıxılmış isti su içərək başlayın.

Burun və boğazın təmizlənməsi. İsti su içmək soyuqdəymə, öskürək, boğaz ağrısı üçün mükəmməl bir həldir. Bəlğəmi dağıdıb bədəndən atılmasına yardım edir. Boğazı rahatladır və burun tıxanıqlarının açılmasına da kömək edir.

Menstruasiya sancıları. İsti su menstruasiya sancılarının azalmasına yardım edir. İsti suyun qarın əzələləri üzərində dincəldici təsiri var, qarın spazmlarını da yox edir.

Detoks. İsti suyun detoks təsiri bədəni tərlətməsindən ibarətdir. Bədəndən toksinlər atılır. İçmədən əvvəl içinə bir az limon sıxın.

Erkən yaşlanmağın önünə keçir. Toksinlər insanı daha tez yaşlandırır. İsti su elastikliyi azalmış, sərbəst radikalların məhv etdiyi dəri hüceyrələrinin özünü yeniləməsinə kömək edir.

Sızanaq və qara nöqtələrin qarşısını alır. İsti su bədəni dərinliyinə kimi təmizləyərək sızanağın ana səbəblərini ortadan qaldırar.

Sağlam və canlı saçlar. isti su içmək həm də parlaq və canlı saçlara sahib olmaq üçün idealdır. Saç köklərindəki sinir uclarına enerji verir və aktiv hala gətirir.

Daha çox saç. İsti su içərək saçlar çoxalır və daha tez uzanır.

Kəpəyin qarşısını alır. İsti su saç dibini nəmləndirdiyi üçün dərinin qurumasını, kəpək yaranmasını əngəlləyir.

Daha çox qan dövranı, daha sağlam bir sinir sistemi. Əzələ və sinir sisteminin düzgün çalışması üçün qan dövranını artırır. Yağ toplantılarını parçalayır.

Həzm. Yemək zamanı, ya sonra içilən soyuq su yağları sərtləşdirir. Bu da bağırsaq ətrafında yağ toplanmasına və nəticədə bağırsaq xərçənginə səbəb olur. İsti su içmək həmin yağları parçalayır, həzmsizlik probleminə də kömək edir.

Bağırsaq hərəkətləri. Bağırsaqların düzgün və sancısız çalışmasına yardım edir, susuzluq və xroniki qəbzliyi həll edir. Səhərlər içilən isti, ya ilıq su bağırsqlardakı çöküntünü yox edər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir