Pəhrizə şüyüdün müntəzəm daxil edilməsi makula degenerasiyasının (gözdə sarı ləkə xəstəliyi) qarşısını alır. Bu, çox vaxt yaşlı insanlarda görmə itkisinə səbəb olan bir xəstəlikdir. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova mümkün qədər tez-tez təzə şüyüd yeməyi tövsiyə edir.
“Yaşla yaranan makula degenerasiyası tədricən görmə itkisinə səbəb olur”, -deyə Nərminə Abbasova bildirir.
“60-70 yaşda yaranan görmə itkisi hələ də ömrünüzün qaldığı bir zamanda görməni tamamilə itirməyə səbəb ola bilər. Şüyüddə olan karotenoidlərin makula degenerasiyanın inkişafından qoruduğu sübut edilmişdir “, -deyə ekspert izah edir.
Həkim müxtəlif yeməklərə təkcə şüyüd deyil, mütləq təzə göyərti əlavə etməyi məsləhət görür.