yemeye ne var

Süzmə plov necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 881

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə süzmə plovun hazırlanmasından bəhs edəcəyik.

 

Süzmə plov üçün lazım olan ərzaqlar

100 q düyü

100 q xurma

100 q üzüm

40 q kərə yağı

20 q duru yağ

2 ədəd kartof

 

Süzmə  plovun ərzaqlarının yığılma qaydası

Süzmə plov üçün lazım olacaq qədər düyünü ayırtlayın. Ayırtlamış olduğunuz düyünü bir neçə dəfə yaxşıca yuyun. Süzmə plov üçün yuduğunuz düyünün suyunu süzün. Süzmə plov üçün lazım olacaq duzu kasaya yığın. Plov üçün lazım olcaq kartofu yuyub qabığını soyun. Xurmanı yuyub təmizləyin və suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın. Süzmə plov üçün istifadə edəcəyiniz kərə yağını bir kasaya ,duru yağı isə stəkana süzün. Süzmə plov üçün istifadə edəcəyiniz üzümü yuyub təmizləyin və bir mətbəx dəsmalının üzərində suyunu çəkməyə qoyun. Düyünü bişirəcəyiniz qazana su doldurun.

Süzmə plovun ərzaqlarının hazırlanma qaydası

Ocağı yandırın. Qazandakı suyu qaynatmaq üçün ocağın üzərinə alın. Plov üçün istifadə edəcətyiniz kartofları halqavarı dilimləyin. Bir tavada kərə yağı və duru yağı qarışdırın.

 

Süzmə plovun bişirilmə qaydası

Qazandakı suyu qaynayandan sonra içərisinə duz əlavə edin. Qaynnayan suya yuduğunuz düyünü əlavə edib bişməsini gözləyin. Düyü bişənə qədər qaynadın. Düyü bişəndən sonra onu süzün. Dərin bir qazanda azacıq yağ qoyub qızdırın. Dilimləmiş olduğunuz kartofları yağda tərs düz qızardın. Sonra süzdüyünüz düyünü kartofun üzərinə əlavə edin.

 

Süzmə plovun dəmə qoyulması qaydası

Vam odun üzərində qazanın ağzına dəsmal qoyaraq plovu dəmə qoyun.

Vam odda plov  45 dəqiqəyə yaxın dəm alsın. Qazanın üzərinə kətan bir dəsmal örtün və sonra qapağı bağlayın. Aradabir qapağı qaldıraraq yığılan suyu kənara atın.

 

Süzmə plovun servis edilmə qaydası

Düyü dəmləndıkdən sonra bir tərəfinə xurma , digər tərəfinə isə yuyub süzdüyünüz üzümü tökün. Ayrı bir tavada isə kərə yağını və duru yağı qatıb qızdırın. Düyünün, xurmanın və üzümün üzərinə gəzdirin. Plovu isti-isti servis edin.

Nuş Olsun!

 

Teqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir