Sviter gündəlik qış qarderobunun əvəzolunmazı olsa da, onu dəblə geyinməyin müxtəlif variantları var.
Maraqlı olacağını nəzərə alıb, sviteri maraqlı göstərən 8 ideyanı təqdim edir. Bu ideyalar sizin gündəlik qış obrazınızı müxtəlifləşdirməyə kömək edəcək:
Yay donu + sviter
Yüngül yay donlarından ayrılmaq istəmirsiniz? Heç lazım da deyil! Çünki onunla qalın sviterin təzadı həmişə əla görünür.
Sviter + boyunbağı və ya yaxa sancağı
Sviterlə cansıxıcı görünmək istəmirsiniz? Onda onu cəlbedici kulonu olan boyunbağılar və yaxa sancağı ilə zənginləşdirin. Üstəlik, burada heç bir məhdudiyyət yoxdur.
Sviter + balağı qatlanmış cins şalvar
Sviterlə açıq cinslər bir-biri ilə təkrarolunmaz ahəng yaradırlar. Qeyd edək ki, cinslərin balağını qatlamaq bu il dəbdədir!
Sviter + boyun yaylığı
İpək şərf boynunuzu həm soyuqdan qoruyacaq, həm də zərifliyinizi vurğulayacaq.
Sviter + düyməli köynək
Köynək istənilən sviterə ciddi görkəm qatacaq. Bu eksperimenti aparmaqdan qorxmayın. Çünki köynəklə sviterin birləşməsi ən uğurlu dəb duetidir.
Sviter + çoxqatlı və ya büzməli yubka
Sviterlə büzməli yubkalar xüsusilə qəşəng görünür. Obrazın effektli alınması üçün belinin incəliyini vurğulayan kəmər əlavə etməyi unutmayın.
Sviter + böyük saat
Böyük siferblatlı kişi saatı ilə toxunma köynək çox gözəl uzlaşır.
Sviter + ağ futbolka
Ağ futbolkanı çox qısa sviterlə birləşdirərək ona ikinci “həyat” vermək olar. Bu qarışıq obrazınızla sanki qışın şaxtasına etinasız yanaşdığınızı nümayişkəranə şəkildə bəyan edəcəksiniz.