telebe karti

Tə­lə­bə­lər en­di­rim kart­la­rın­dan ya­rar­la­na bi­lə­cək­mi?

Baxış sayı: 2. 019

İn­ki­şaf et­miş bir sı­ra xa­ri­ci öl­kə­lər­də tə­lə­bə­lə­ri təh­si­lə cəlb et­mək, təh­si­lin in­ki­şa­fı­na na­il ol­maq üçün müx­tə­lif kam­pa­ni­ya­lar, gü­zəşt­lər tət­biq edi­lir. Be­lə gü­zəşt­lər­dən bi­ri də tə­lə­bə­lər üçün en­di­rim kart­lar­la­rı­dır. Son il­lər Azər­bay­can­da da be­lə kam­pa­ni­ya­lar­dan bəhs edi­lir.
Mil­li Məc­li­sin de­pu­ta­tı, Azər­bay­can Tə­lə­bə Gənc­lər Təş­ki­lat­la­rı İt­ti­fa­qı­nın səd­ri Şa­hin İs­ma­yı­lov tə­lə­bə­lə­rə pay­la­nan en­di­rim kart­la­rı­nın tək­mil­ləş­di­ril­mə­sin­dən da­nı­şıb. O, tə­lə­bə kart­la­rı­nın di­gər sa­hə­lər­lə ya­na­şı nəq­liy­yat­da da is­ti­fa­də edil­mə­si üçün cid­di iş­lə­rin gö­rül­dü­yü­nü de­yib.

Təh­sil Xid­mət­lə­ri Araş­dır­ma Mər­kə­zi­nin rəh­bə­ri, təh­sil eks­per­ti Kam­ran Əsə­do­vun bil­dir­di­yi­nə gö­rə, dün­ya təc­rü­bə­sin­də tə­lə­bə­lər üçün en­di­rim kar­tı tət­biq olu­nur: “Təs­süf­lər ol­sun ki, Azər­bay­can­da fəa­liy­yət gös­tə­rən 54 ali təh­sil mü­əs­si­sə­sin­də təh­sil alan 160 min­dən çox tə­lə­bə­yə han­sı­sa gü­zəşt­lər tət­biq edil­mir. Hal­bu­ki dün­ya təc­rü­bə­sin­də tə­lə­bə­yə nəq­liy­yat va­si­tə­lə­rin­dən is­ti­fa­də et­mək­dən baş­la­mış, ge­yim, res­to­ran­lar, ki­tab dü­kan­la­rın­da gü­zəşt­lər tət­biq edi­lir. Hət­ta qar­daş Tür­ki­yə­də tə­lə­bə­lə­rə ve­ri­lən “Ya­şıl kart” va­si­tə­si­lə on­lar bö­yük əhə­miy­yət kəsb edə­cək də­rə­cə­də gü­zəşt­lə­rə sa­hib­dir. Bü­tün tə­lə­bə­lə­rə “Ya­şıl kart” ve­ri­lir. On­lar tə­lə­bə ol­duq­la­rı müd­dət­də adi və­tən­daş­lar­la mü­qa­yi­sə­də 80-90 fa­iz en­di­rim­lər əl­də edir­lər. Bu cür kam­pa­ni­ya­lar və gü­zəşt­lər tə­lə­bə­lə­rin təh­sil haq­qı, ya­şa­yış yer­lə­ri, yol xərc­lə­ri, ki­tab, ge­yim ma­ğa­za­la­rı və di­gər sa­hə­lə­rə şa­mil edi­lir”.

K.Əsə­dov qeyd edib ki, öl­kə­miz­də müs­tə­qil­lik döv­rün­dən bu ya­na yal­nız öl­kə baş­çı­sı­nın sə­rən­ca­mı ilə xü­su­si ka­te­qo­ri­ya­da olan şəxs­lə­rə təh­sil haq­la­rı ilə bağ­lı gü­zəşt olu­nur: “Tə­əs­süf ki, baş­qa tə­lə­bə­lər üçün bu cür təd­bir­lər hə­ya­ta ke­çi­ril­mir. Bir ne­çə il əv­vəl tə­lə­bə kar­tı adı al­tın­da bə­zi ge­yim və res­to­ran­lar­da en­di­rim nə­zər­də tu­tan kart­lar pay­lan­dı. La­kin bu tə­lə­bə kart­la­rı­nın heç bir xey­ri ol­ma­dı. Hə­min ma­ğa­za­lar ki­fa­yət qə­dər ba­ha­lı idi və hət­ta ma­ğa­za­la­rın xə­bə­ri yox idi ki, gü­zəşt edil­mə­li­dir. Bu, şə­bə­kə biz­ne­si ad­la­nan sis­tem­dir”.

Həm­söh­bə­ti­mi­zin fik­rin­cə, Azər­bay­can­da bu­nun tət­bi­qi re­al­laş­ma­ya­caq: “Çün­ki bu ad­dım döv­lət tə­rə­fin­dən atıl­ma­lı­dır. Bü­tün ba­za döv­lət tə­rə­fin­dən plan­laş­dı­rı­lıb, tən­zim­lə­nir. Hə­min kart­la­rın bu sis­te­mə da­xil edil­mə­si uzun pro­ses ola­caq. Həm də plan­laş­dı­rı­lan bu la­yi­hə­nin tək pay­taxt­da ke­çi­ril­mə­si­nin heç bir ef­fek­ti ol­ma­ya­caq. Hə­ya­ta ke­çi­ri­lən be­lə təd­bir­lər re­gi­on­lar­da yer­lə­şən ali mək­təb, pe­şə-ix­ti­sas təh­si­li mək­təb­lə­ri­nə şa­mil edil­mir. Tə­lə­bə gü­zəş­ti de­dik­də or­ta mək­tə­bi bi­tir­miş, on­dan son­ra­kı pil­lə­də təh­sil alan bü­tün şəxs­lə­rə şa­mil olun­ma­lı­dır”.

Onun de­di­yi­nə gö­rə, bu gün Azər­bay­can­da təh­sil alan 165 min tə­lə­bə­dən 130 mi­ni ödə­niş­li oxu­yur: “Ai­lə­lə­rin ək­sə­riy­yə­ti­nin mad­di du­ru­mu aşa­ğı­dır. 70 fa­iz­dən çox tə­lə­bə­nin il­lik xərc­lə­ri ki­fa­yət qə­dər çox­dur. Tə­lə­bə kar­tı tət­biq olun­say­dı, bu tə­lə­bə­lə­rə və va­li­deyn­lə­rə dəs­tək olar­dı”.

İq­ti­sa­di Re­surs­la­rın Öy­rə­nil­mə­si Mər­kə­zi­nin səd­ri Rus­lan Ata­ki­şi­yev deyir ki, bir sı­ra in­ki­şaf et­miş öl­kə­lər­də tə­lə­bə kart­la­rı, mü­əl­lim kart­la­rı tət­biq olu­nur: “Bu cür kart­lar təh­sil mü­əs­si­sə­lə­rin­də oxu­yan, iş­lə­yən əmək­daş­la­ra ve­ri­lir. Bu da hə­min sek­to­ra döv­lət dəs­tə­yi­nin ar­tı­rıl­ma­sı­nı gös­tə­rir. Təh­sil sek­to­ru elə bir sek­tor­dur ki, da­im hi­ma­yə­yə eh­ti­ya­cı var. Bu kart­lar o öl­kə­lər­də tət­biq edi­lir ki, hə­min öl­kə­lər­də hə­qi­qə­tən təh­si­lin cə­miy­yə­tin in­ki­şa­fın­da mü­hüm amil ol­du­ğu­nu dərk edir­lər”.

Azər­bay­can­da tə­lə­bə kart­la­rı­na ke­çi­ril­mə­si­nə cəhd­lə­rin ol­du­ğu­nu de­yən Ata­ki­şi­yev bu­nun ye­ni bir şey ol­ma­dı­ğı­nı bil­di­rir. “Mə­sə­lən, Gənc­lər və İd­man Na­zir­li­yi­nin tə­şəb­bü­sü ilə tə­lə­bə kar­tı şək­lin­də en­di­rim kar­tı tət­biq edil­miş­di. Bir ki­tab­ça ha­zır­lan­mış­dı. Hə­min ki­tab­ça­da en­di­ri­min tət­biq olu­na­ca­ğı yer­lə­rin si­ya­hı­sı ve­ril­miş­di. Tə­lə­bə­lə­rə han­sı­sa kur­sa get­di­yi və ya ma­ğa­za­dan ki­tab al­dı­ğı za­man mü­əy­yən qə­dər, 10 fa­iz en­di­rim­lər olur­du. Bu cür tə­şəb­büs­lər var­dı. Am­ma tə­lə­bə kart­la­rı­nın tət­biq olun­ma­sı, ve­ril­mə­si işi­nin təş­ki­li prob­lem­li­dir. Ona gö­rə ki, bü­tün şir­kət­lər, təş­ki­lat­lar tə­lə­bə kar­tı sis­te­mi­nə qo­şu­lan­da mü­qa­vi­lə bağ­la­ma­lı, bu za­man fa­iz də­rə­cə­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­sin­də, en­di­rim­lə­rin tət­biq olun­ma­sın­da ra­zı­lıq əl­də olun­ma­lı­dır. La­kin ya­ra­na­caq prob­lem­lə­rə bax­ma­ya­raq, tə­lə­bə kart­la­rı­nın tət­bi­qi ümu­mi­lik­də təh­si­lin in­ki­şa­fı üçün atı­lan müs­bət ad­dım­dır”.

Mü­sa­hi­bi­mi­zin söz­lə­ri­nə gö­rə, yax­şı olar­dı ki, gə­lə­cək­də bu mü­əl­lim­lər üçün də tət­biq olun­sun. Tə­lə­bə kart­la­rı­nın tət­bi­qi tə­lə­bə­lə­rin ge­yi­min­dən tut­muş qi­da­lan­ma­sı, ki­tab­la tə­min olun­ma­sı­na qə­dər xərc­lə­ri­nin azal­ma­sı bö­yük dəs­tək­dir. Bu tə­lə­bə­lə­rin so­si­al və­ziy­yə­ti­nə müs­bət tə­sir gös­tə­rə­cək. “İkin­ci­si, cə­miy­yət­də təh­si­lə ma­raq ar­ta­caq. Di­gər­lə­rin­də də təh­sil al­maq is­tə­yi ya­ra­na­caq. Bu sə­bəb­dən də tə­lə­bə kart­la­rı ge­niş miq­yas­da tət­biq olun­ma­lı­dır. Nəq­liy­yat va­si­tə­lə­ri, hət­ta təy­ya­rə üçün be­lə tə­lə­bə kart­la­rı­nın tət­biq olun­du­ğu döv­lət­lər var”.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir