gozellik

Təbii gözəlliyə qovuşmaq üçün asan başa gələn üsullar

Baxış sayı: 1. 589

Evdə asanlıqla hazırlaya biləcəyiniz maskalara çox pul xərcləmək lazım deyil. “Gencaile.az” hər mətbəxdə tapılan ərzaqların da gözəlləşməkdə istifadə qaydaları təqdim edir:

 

Hər dərdə dərman limon

Günəş ləkələrini yox etmək üçün ən yaxşı həll yolu limondan keçir. Limonu ortadan kəsin və ləkələrə sürtün. Limonu üzünüzdə 3 dəqiqə saxlayın və yaxalayın.

 

Kibrit qutusundan pilka

Dırnağınız sınıb ancaq yanınızda pilka yoxdur? Kibrit qutusunun yandırma zolağı ilə dırnaqlarınızı hamarlaya bilərsiniz.

 

Ən gözəl pilinq türk qəhvəsidir

Dəridəki ölü hüceyrələrdən xilas olmaq üçün içdiyiniz türk qəhvəsinin dibini atmayın. Qəhvə dibi ilə zeytun yağını və ya bədən kremini qarışdırın. Bu maksanı üzünüzə və ya bədəninizə dairəvi hərəkətlərlə sürtün.

 

Dəriniz bal maskası ilə parıldasın

Qurumuş və çatlamış dəri üçün bir qaşıq bal kifayətdir. Dərinizə sürtün və 10 dəqiqə gözləyin. Beləliklə, lap yumşaq, hamar və canlı dəriyə sahib olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir