Sağlamlıq və gözəllik üçün orqanizmdə kollagenin zəngin olması önəmlidir. Yaş artdıqca isə orqanizm kollagen istehsalını azaldır. Məsələn, 25 yaşdan sonra kollagen istehsalı 10-20 faiz azalırsa, 35-dən sonra 60-80 faiz azalır. Bu maddə təkcə üzün yox, bütün bədənin yaşlanmasının qarşısını alır.
Kollageni dərman formasında qəbul etmək mümkündür. Amma onu təbii qidalarla da qəbul edə bilərik.
Ağ balığın – tərkibində kollagen var. Buna görə də tez-tez istifadə etməyə üstünlük verin. O, orqanizmdə kollagen istehsalını artırır.
Su yosunu – tərkibi amin turşular və qlisinlə zəngindir. Bu maddələr kollagen yaranmasına kömək edir.
Sarımsaq – Tərkibi C vitamini ilə zəngindir. Eyni zamanda kollageni də artırır.
Qırmızı və bənövşəyi meyvələr – ən zəngin kollegen vasitədir. Tərkibi kollegeni artıran C vitamini ilə zəngindir.
Sitrus meyvələr – limon, portağal, mandalin kimi meyvələr gənclik maddəsinin yaranmasına kömək edəcək. Ona görə də çalışın bu meyvələri tez-tez istifadə edəsiniz.
Sümük suyu – sümüyü qaynadıb suyunu için. Dərinizdəki dəyişikliyi tez bir zamanda müşahidə edəcəksiniz. Bədəninizdə azalan kollageni geri qaytarmaq üçün ən gözəl vasitədir.