Tədqiqatlar göstərib ki, evin təmiz olması insan həyatına bir çox sahələrdə müsbət təsir göstərir. Bu amil hətta yaradıcılıq potensialını da artıra bilər.
“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları alimlərin təmiz evin insan həyatına təsiri barədə apardığı araşdırmanın nəticələri ilə tanış edir.
Daha yaxşı yatacaqsınız
Milli Yuxu Fondu tərəfindən keçirilən araşdırmalarda iştirakçılarının 75% -i bildiriblər ki, onların yataq üzləri təmiz və səliqəli olanda yuxunun keyfiyyətinin yaxşı olur. Çarpayıda səliqə-səhman şübhəsiz ki, rahatlığı artırır və dincəlmənizə xidmət edir. Rahatlıq serotonin (xoşbəxtlik hormonu) hormonların istehsalına kömək edir, bu da öz növbəsində xoş ovqat və ruhi sakitlik gətirir.
Daha xoşbəxt olursunuz
Tədqiqların nəticələrinə görə, çirkli evdə yaşayan qadınlar gündəlik həyatda xeyli yüksək səviyyədə stress keçirirlər. Vizual xaos kortizol (stress hormonu) səviyyəsinə təsir göstərir. Sübut edilib ki, təmiz ev depressiya riskini azaltmağa və əhval-ruhiyyəni xeyli qaldırmağa qadirdir.
Siz məşqə daha motivasiyalı olacaqsınız
Bu, çox qəribə səslənir? Lakin həqiqətən belədir. Təmiz evdə məşq və fitnes üçün daha çox vaxt və digər məşğuliyyətlər tapılacaq. Bundan başqa, ev işləri fiziki hərəkətləri və endorfin miqdarını artırır, öz üzərində nəzarəti yaxşılaşdırır, dolayısı ilə arıqlamağa da kömək edir.
Siz yaradıcılıq potensialının artdığını hiss edəcəksiniz
Səliqəli və mütəşəkkil olanda bizdə xüsusi yaradıcılıq enerjisi yaranır. Səqliqə-sahman evdə aydınlıq yaradır. Bu isə həyatının bütün sahələrində böyük potensial əldə etməyə, həm işdə, həm də şəxsi həyatda uğur qazanmağı təmin edir. “Saga” jurnalının apardığı tədqiqat göstərib ki, nizamsızlıq insanın diqqətinə mənfi təsir göstərir, müşahidə zonasını doldurur və reaksiyasını gecikdirir. Odur ki, evdə nizam-intizam yaradın və səliqəyə nəzarət edin. Onda beyniniz daha yaxşı işləyəcək.
Fiziki sağlamlığınızı yaxşılaşdıracaqsınız
Çirkli ev tez-tez soyuqdəymə və allergiyaya səbəb ola bilər Müntəzəm olaraq evi təmizləmək səhhətimizə mənfi təsir göstərən bakteriya və virusları təmizləməyə kömək edir.
Yeri gəlmişkən onu da qeyd edək ki, döşəklərdə, yastıqlarda və divanlarda yaşayan tozlar allergiya yaradır. Odur ki, onları daha dəqiqliklə və xüsusi vasitələrdən istifadə edərək təmizlənməyi unutmayın.