piknik

Təmiz havada niyə tez acırıq?

Baxış sayı: 635

Təmiz havada adi yemək bizə daha dadlı gəlir. Bəs bunun səbəbi nədir?

Rusiya Milli Dietoloqlar Assosiasiyasının üzvü Nataliya Kruqlova bu sualın cavabını verib. O, bunu küçədə bədənin daha çox oksigen alması, müvafiq olaraq iştaha cavabdeh olanlar da daxil olmaqla, beynin bütün hissələrinin aktivləşməsi ilə əlaqələndirib.

“Oksigen axını bəzən dadın qavranılmasına təsir göstərir və buna görə də yemək daha dadlı görünə bilər. Amma bu her yeməyin həzm olunmasına o qədər də təsir etməyəcək”, – Kruqlova Sputnik radiosuna müsahibəsində deyib.

Dietoloq onu da xatırladıb ki, təmiz havada gigiyena məsələlərinə daha çox diqqət yetirilməlidir. Açıq havada yemək yeyərkən bağırsaq infeksiyası riskinin qarşısını almaq üçün mikrobioloji təhlükəsizlik baxımından daha çox diqqətli olmalıyıq. Məsələn, şəhəri tərk edərkən sadə şeyləri xatırlamaq lazımdır: tərəvəzləri, meyvələri yuyun və.s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir