“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza tərəvəzli omletin hazırlanmasından bəhs edəcəyik.
İnqrediyentlər
3 ədəd yumurta
1 ədəd orta ölçülü qaynadılmış kartof
2 x.q. süd
1 ədəd pomidor
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
3 ədəd göbələk
½ ç.q. duz
½ ç.q. istiot
yarım dəstə cəfəri
½ stəkan sürtgəcdən keçirilmiş holland pendiri
Hazırlanma mərhələsi
Qabığı soyulmuş pomidorlar iri kub formasında doğranılır. Bibərlər yarıya bölünür, kub formasında doğranılır. Göbələklər nazik-nazik doğranılır. Yağ yumurta tavasında qızdırılır. Doğranmış tərəvəzləri yüksək odda soteləmək lazımdır. Düz bir boşqabda tərəvəz qarışımı qısa müddətdə saxlanılır. Omlet hazırlığı üçün qaynadılmış kartof sürtgəcin iri gözündən keçirilir. Yumurta, süd, duz və istiot, sürtgəcdən keçirilmiş kartof əlavəsilə dərin bir kasada qarışdırılır. Tərəvəzlər sotelənən tavada yenidən ocağa qoyulur. Çırpılmış yumurta qarışımı tavaya tökülür. Az odda bişməyə başlayan omletin orta hissəsinə sotelənmiş tərəvəz qarışımı və sürtgəcdən keçirilmiş pendir səpilir. Xırda-xırda doğranmış cəfəri tökülür. Spatula köməyilə ortadan ikiyə qatlanan tərəvəzli omleti, qısa müddətdə daha az odda bişirməyə davam etmək lazımdır. Servis boşqabına qoyulan omleti qızarmış çörək dilimlərilə servis etmək olar. Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan