VALIDEYN

Tərbiyəli övlad böyütmək üçün 3 TÖVSİYƏ

Baxış sayı: 1. 263

Adətən uşağın tərbiyəsi ilə bağlı daha çox analar məsuliyyət daşıyır, ancaq müasir dövrdə artıq gənclərin çoxu bunun hər iki valideynin öhdəliyi olduğunu anlayırlar.

Valideynlər uşağın şəxsiyyət kimi formalaşmasında önəmli rol daşıyırlar. Bu səbəbdən də onlar davranışlarına və tərbiyə metodlarına xüsusi diqqət ayırmalıdırlar. Əziz valideynlər, siz çox yaxşısınız, ancaq hər birinizə diləyim budur ki, uğurlu övlad yetişdirmək üçün yoldaşınızla əla komanda olasınız və bu yolda sizə uğurlar arzu edirəm!

 

Övladınız ilə daha çox vaxt keçirin!

Bəzən valideynlər elə düşünürlər ki, uşaqlara ehtiyacı olan hər şeyi verirlərsə onların başqa heç nəyə ehtiyacı olmur, ancaq bu düşündüyümüzdən daha fərqlidir. Uşaqlarınızı dinləyin, onlarla daha çox vaxt keçirin. Maddi ehtiyaclarından çox mənəvi ehtiyaclarını ödəməyə can atın. Bu təkcə analar üçün deyil, həm də atalar üçün keçərlidir. Bəzən atalar övladları ilə daha məsafəli olurlar, ancaq onları anlamaq və sevginizi göstərmək daha sağlam psixologiyaya sahib uşağa sahib olmağınız deməkdir. Valideyn sevgisini hiss edən uşaqların daha uğurlu olduğunu da qeyd etmək istərdim. Onları tez-tez qucaqlayın, əzizləyin.Heç zaman birinci uşağı siz buraxmayın. O sizdən lazım olan sevgini və enerjini aldıqdan sonra özü aralansın. Daxili sülh və rahatlıq üçün bu çox önəmlidir.

 

Övladınızın fikirlərini önəmsəyin!

Hər zaman nə etmək istədiyini soruşun. Dediyi bütün fikirləri qeydə alın. Hətta ilk sözündən qeydlərinizi aparmağı unutmayın. Onunla oyunlar oynayın. Fərqli, kreativ məşğuliyyətlər etməyə çalışın. Bu uşağın inkişafı üçün çox vacibdir. Onlara qarşı kobud olmayın. Çox ciddi olmağınız aranızda uçurumlara səbəb olacaq. Hər iki valideyn qeyd edilənlərə əməl etməlidir. Uşağınızın xoşbəxt olması hər iki valideynin öhdəliyidir.

 

Hər zaman övladınızın yanında olun!

Onların özəl günlərində hər zaman onlara dəstək olun. Onlar ilk dəfədir bunları yaşayırlar və əmin olun ki, sizin dəstəyinizə çox ehtiyacları var. Bayramları bərabər keçirin və bol-bol xatirələrlə bəzəyin həyatınızı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir