viagra

Təsadüf nəticəsində yaranmış 10 ixtira

Baxış sayı: 1. 287

Tomas Edison deyirdi: – “İşləyən və gözləməyi bacaran insan hər şey əldə edir”. Lakin inkişaf həmişə məqsədli şəkildə olur? Bəzi möhtəşəm ixtiralar tamamilə təsadüf nəticəsində yaranıb. Onlardan 10-nu sizə təqdim edirik.

 

Super yapışqan

1942-ci ildə amerikalı fizik, doktor Harri Kuver, portativ silahın optik nişangahı üçün şəffaf plastik hazırlanması üzərində işləyir. O, işində materialları möhkəm yapışdıran sianoakrilatdan istifadə edirdi. Doktor Kuver 6 il ərzində nə təzyiqə, nə də istiyə ehtiyac olan bu yapışqanın tam potensialını anlayır. Super yapışqan belə yaranır. Bundan başqa, bu ixtira Vyetnam müharibəsi dövründə çox faydalı olmuş, açıq yaraların qanaxmasını saxlamaq üçün istifadə olunmuşdu. Beləliklə, silahları təkmilləşdirmək üçün nəzərdə tutulan bu ixtira bir çox insanın həyatını xilas edib.\

 

 

 Stiker

Qeydlər üçün yapışqan vərəqlər Artur Fray tərəfindən yaradılıb. 1968-ci ildə Amerikalı fizik Spencer Silver, kağız ilə işləmək üçün yapışqan yaratmağa çalışırdı, bu yapışqan kağızı bir səth üzərində saxlaya bilməli, lakin kağız zədələnmədən səthdən qopmalı idi. Silverin işlədiyi şirkətdə heç kim bu ideyanı bəyənmir. Lakin bir müddətdən sonra Artur Fray bu ideyanı həyata keçirir və ideya populyarlıq qazanır.

 

 

Şırnaqlı printer

“Canon” şirkətinin naməlum mühəndisi qaynar lehimləmə alətini printerin üstünə qoyur. Mürəkkəblər axmağa başlayır və şırnaqlı printer yaratmaq ideyası meydana gəlir.

 

 

Dinamit

Bu ixtira Alfred Nobelə məxsusdur. O nitroqliserin üzərində işləyərkən dinamit yaranır. Alim nitroqliserini sabitləşdirməyə və təsadüfi partlayışların qarşısını almağa çalışırdı. Maddə yerə düşür, yerdə isə çoxlu yonqar olur. Yonqar bir qədər stabillik verir və maddə partlamır. Nobel nitroqliserinə silisi əlavə edərək onun formulunu təkmilləşdirir. Beləliklə, dinamit yaranır.

 

 

Vazelin

1859-cu ildə ingilis kimyaçısı Robert Çezbro neft sənayesi işçilərinin neft nasoslarının borularında yığılan parafindən narazı olduqlarını görür. Çezbro bu maddədən nümunə götürür və təcrübə aparır. Onun sayəsində yara və kəsiklər dərhal keçirdi və o, neft jelesinin möhtəşəm sağaldıcı təsirə malik olduğu aşkar edir. Kimyaçı ona “vazelin” adını verir. O zamanlar vazelin, demək olar ki, xalça təmizlənməsindən başlayaraq burunun təmizlənməsinə qədər hər yerdə istifadə olunurdu. Müəllif vazelinin sehrli təsirinə o qədər inanırdı ki, ömür boyu gündə bir qaşıq ondan yerirdi. O 96 yaşında vəfat edir.

 

 

Viaqra

Əvvəlcə viaqra stenokardiyanın müalicəsi üçün nəzərdə tutulmuşdu. Lakin əks təsirləri öyrənilərkən “Pfizer” əczaçılıq şirkəti yüksək təzyiqin azalmadığını və insanın uzun müddətli ereksiyaya məruz qaldığını müəyyən edir. Beləliklə, şirkət sınaqların istiqamətini dəyişir və erektil disfunksiyanı və viaqranın ona təsirini araşdırmağa başlayır. 1998-ci ildə Keyfiyyətə Nəzarət İdarəsi dərmanı təsdiqləyir.

 

 

Paslanmayan polad

İngilis metallurqu Harri Brearli silah istehsalı üçün paslanmayan polad ərintisi üzərində işləyir. O, 0,24 faiz karbon ilə 12,8 faiz xromu qarışdırdıqda paslanmayan polad ortaya çıxır. Alınmış ərinti hətta sirkə turşusu və limon şirəsinin təsirinə məruz qaldıqda belə xarab olmurdu.

 

 

LSD

Albert Hofman doğuş zamanı ağrıları azaldan dərman yaratmağa çalışırdı və  nəticədə dietilamid lizergin turşusu meydana çıxır. O, alınan maddəni diqqətəlayiq hesab etmir və onu kənara qoyur. Daha sonra, 1943-cü ildə həmin maddə ilə əlcəksiz işlədikdə təsadüfən onu böyük dozada qəbul edir. O zaman birləşmənin əsl xüsusiyyətlərini aşkar edir.

 

 

Çay paketi

Nyu York mağazasının satıcısı Tomas Sallivan özünəməxsus reklam kampaniyası edir – çayı ipək torbalarda satmağa başlayır. Çayın satışı inanılmaz dərəcədə artır. Alıcılar səhvən bütün torbanı qaynar suya salırmışlar və nəticə xoşlarına gəlirmiş.

 

 

Mikrodalğalı soba

1946-cı ildə mühəndis Persi Spenser mirodalğalı radiasiya şüalandıran maqnetronu sınaqdan keçirir. Sınaqlar zamanı cibində olan şokolad əriyir. Persi bunun maqnetron sayəsində baş verdiyini güman edir və cihazın yanına popkorn üçün buğda qoyur. Popkorn əldə etdikdən sonra, Spenser yumurta hazırlamaq qərarına gəlir, lakin yumurta partlayır. O belə bir fikrə gəlir ki, aşağı tezlikli enerji qida məhsullarının sürətlə hazırlanmasına səbəb olur və bir ildən sonra ilk mikrodalğalı soba yaranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir