Faiq Agayev

Tanınmışların istirahət macəraları: “Akula mənə hücum etdi”

Baxış sayı: 1. 961

Sənət aləminin tanınmış simaları dünyanın bir çox yerini gəzsələr də, hələ də olmadıqları ölkələr var.

“Gencaile.az” “Star life”a istinadən tanınmışların getmək istədikləri yerləri təqdim edir. İfaçılar istirahət zamanı başlarına gələn maraqlı hadisələrdən də bəhs edib:

Faiq Ağayev – Dominikan adalarına getmək istəyərdim. Ora istidir, kənd üslubunda evdə qalmaq istəyirəm. Bir dəfə adada qalmışam. Gedəndə su dərin deyildi, qayıdanda qalxmışdı. Səs-küy saldım, balıqçılar götürüb, sahilə apardı. Bir dəfə də üstümə akula hücum etmişdi.

Mirkamil Kamilov– İnşallah, nəsib olsa, Antraktidada olmaq istəyirəm.

Sevda Yahyayeva – Barselona, Fransa, İtaliyada olmaq istəyirəm. Orada insanların necə yaşadığını görmək istəyirəm. Bir dəfə Toliklə xaricdə gəzəndə şəkil çəkdirirdim, əsəbiləşdi ki, “sənə fotoqraf gəlmişəm?”. Sonra başladım kənardakılardan xahiş etməyə ki, məni çəkin. İngilis dilini də bilmədiyim üçün çətinlik çəkirdim.

İlhamə Qasımova – Taylandın bir neçə yerlərində, Bali, Filippinin çimərliklərində olmaq istəyərdim. Amerikanın ştatlarına, Kubaya, Yeni Zellandiyaya getməyi arzulayıram. Berlindən Türkiyəyə uçanda təyyarədə dava etmişəm. Evdən zəng etmişdilər ki, uçursan? Kənarda da deyirlər telefonu söndürün. Yanımda oturan başladı ki, “Tərbiyəsiz, söndür telefonu”. Onunla elə dava etdim, dedim “Sus, yoxsa pis edəcəm”.

Ceyhun Əliyev – Yunanıstana getmək istəyərdim. Orada bir başqa qoxu var.

Çingiz Mustafayev – Latın Amerika ölkələrində və Braziliyada olmaq istəyərdim.

Ədalət Şükürov – İndoneziyaya getmək istəyərdim. Başıma heç bir macəra gəlməyib. İstirahətə gedəndə yanımda hər şey götürürəm: dərmanlar, su altında işləyən kompüter.

Elçin Cəfərov – Rayonda olan səhər yeməyi, istirahət, gözəl hava, pendir-çörək, yumurta-pomidor heç yerdə yoxdur. Özümü gözləsəm də, günəşdən dərim yanır və soyulur. Hər dəfə bu macəranı yaşayıram.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir