cinayet

Tarixə düşən 9 cinayət

Baxış sayı: 878

Əkiz qardaşlar – 5 milyon avroluq zinyət əşyası  oğurladı

25 fevral 2009-cu ildə üç maskalı soyğunçu  Avropanın ən böyük mağazalarından biri olan  “Kaufhaus Des Westens”ə girdi.Onlar bir ip nərdivanı vasitəsi ilə siqnalizasiyanı söndürmədən, “Kaufhaus Des Westens”mağazasının əsas mərtəbəsini yardılar. Təəssüf ki,etdikləri cinayətdən sonra oğrular əlcəklərinin birini orada unutdular. Araşdırmalar nəticəsində müəyyən oldu ki,əlcəkdə tapılan barmaq izləri əkiz qardaşlar Həsən və Abbasa aiddir. Lakin alman qanunlarına görə, hər bir şəxs ayrı-ayrılıqda mühakimə edilə bilər və qardaşların  DNT-ləri inanılmaz dərəcədə oxşar olduğundan, səlahiyyətlilər onları bir-birindən ayıra bilməyib. Nəticədə, Alman polisi ikisini də sərbəst buraxmaq məcburiyyətində qalıb, üçüncü soyğunçu isə hələ də tapılmayıb.

 

 Den “DB” Kuper və ABŞ aviasiya tarixində açılmamış yeganə cinayət – 200.000 dollar oğurlandı

24 Noyabr 1971-ci ildə Şükranlıq günündən bir gün əvvəl , Dan Kuper adlı bir sərnişin Portland şəhərində bir təyyarəyə minərək Sietlə doğru yola çıxdı.Təyyarədə hər kəsi girov götürən Den, dövlətdən 200 min dolların və 4 paraşütün Sietlə gətirilməsini tələb etdi. Əks halda o, çantasında olan bombanı işə salacaqdı.  Təyyarə enəndə cinayətkar  pilot, ikinci pilot və stüardessadan başqa bütün sərnişinləri sərbəst buraxdı.  İstədiyi pulu aldıqdan sonra  o, pilota Mexiko şəhərinə uçmasını əmr etdi. 3000 metr hündürlüyə qalxdıqdan bir müddət sonra Portlandın şimal-qərbində Kuper  paraşüt ilə tullandı. Bir daha heç kim onun haqqında eşitmədi.  1980-ci ildə çimərliklərdən birində təxminən 6000 dollarlıq  paket  tapıldı. Lakin burada  heç bir cəsəd tapılmadı. Bu cinayət işi hələ də bağlanmayıb. Qeyd edək ki, həmin bu cinayət ABŞ aviasiya tarixində açılmamış yeganə cinayətdir.

 

 Gardner İncəsənət Muzeyindəki oğurluq – 300 milyon dollar

Müqəddəs Patrik Günündən bir gün sonra 18 mart 1990-cı ildə Bostonda yerləşən “İsabella Stuart Gardner”muzeyində qeyri-adi bir oğurluq hadisəsi baş verdi. Polis uniformasını geyən oğrular muzeyə daxil olaraq Rembrandt,Vermeer və Degasin şah əsərləri daxil olmaqla 13 rəsm əsərini özləri il götürərək cinayət yerini tərk etdilər.Həmin rəsmlərin qiyməti təxminən 300 milyon dollar idi.

 

 Yaponiyada möhtəşəm oğurluq – 300 milyon yen

10 dekabr 1968-ci ildə ” Nihon Shintaku Ginko” bankına aid olan inkosatr maşını  300 milyon yen (817.000 dollar) apardığı zaman  bir polis məmuru motosikletlə onu dayandıraraq, avtomobilin alt hissəsində partlayıcı qurğunun olduğunu söylədi. Bir neçə dəqiqə sonra avtomobilin altından tüstü çıxmağa başladı və maşının içində olanda bank işçiləri pulları unudub qaçdılar. Əlbəttə, həm tüstü, həm də polis saxta çıxdı. İnkosatr maşınını yaran cinayatkar elə də tapılmadı. 1988-ci ildə sübutların kifayət qədər olmadığına görə həmin cinayət işi bağlandı.

 

100 milyon dollarlıq brilyant oğurluğu

Bu hadisə Belçikanın Antwerp şəhərində yerləşən dünyanın ən inanılmaz dərəcədə etibarlı və müdafiə olunmuş mərkəzlərindən birində baş verib. Bu tarixdəki ən böyük oğurluqdur. Belə ki, almaz mərkəzində saxlanan nadir brilyant  100 milyon fərqli  kombinasiyası olan kilidlə yanaşı istilik, hərəkət sensorları, radar, maqnit sahəsi ilə qorunurdu.Lakin 2003-cü ilin fevral ayında bir həftə sonu məşhur oğru Daniel Oşenin həsəd apardığı metodlardan istifadə edərək bir dəstədən ibarət cinayətkarlar bura daxil olaraq həmin seyfi açaraq brilyantı oğurladılar. Qrup lideri olduğu iddia edilən Leonardo Notarbartolo tutularaq 10 il həbs cəzasına məhkum edilsə də, qısa müddətdə şərti olaraq sərbəst buraxıldı.

 

 Amerikada ilk soyğun – 1 milyon dollar

7 oktyabr 1977-ci il Cümə günü  bir bank işçisi 4 milyon dolları hesablayaraq onları “Chicago First National Bank”ın altında  yerləşən bir zirzəmiyə qoydu. Çərşənbə axşamı səhər yenidən pul sayıldı və məlum oldu ki, 36 kq-dan çox olan 50 və 100-lük əskinaslar yoxa çıxıb. Bu da  tam 1 milyon dollar deməkdir. 1981-ci ildə, axtarışlar zamanı 2300 dollar tapıldı, lakin məbləğin qalan hissəsi və cinayətkarlar haqqında hələ də heç bir şey məlum deyil.

 

Harry Uinston soyğunçuluğu – 108 milyon dollar

4 dekabr 2008-ci il tarixində 4 kişi qadın paltarlarını geyinərək Parisdə yerləşən məşhur  zərgərlik mağazasına girdilər. Mağazanı qarət edən dəstə, buradan  108 milyon dollar dəyərində olan almaz, yaqut və zümrüddən olan müxtəlif zinyət əşyaları çıxardılar. Deyilənlərə görə, həmin soyğunçuluğu məşhur Serb dəstəsi olan”The Pink Partners”edib.Qeyd edək ki, həmin dəstə hələ də axtarışdadır.

 

Taker  xaçının oğurlanması

Taker xaçı onu  1959-cu ildə  aşkar edən Teddi Takerin  adını daşıyır.

Qeyd edək ki, əsrarəngiz gözəlliyə malik olan bu xaç 22 karat qızıldan düzəldilib və həmçinin  yaşıl zümrüdlə bəzədilib.1975-ci ildə həmin xaçı Kraliça II Yelizavetaya nümayiş etdirmək üçün o, Bermud İncəsənət Muzeyinə köçürülməli idi . Lakin yolda olarkən kimsə xaçın  orijinalını ucuz bir plastik nüsxə ilə əvəz etmişdi. Ehtimal olunur ki, tarixi əsər əridilib, daşlar isə bərpa edilərək qara bazarda satılıb.

 

Fransada tozsoranla təxminən 600.000 avro oğurlandı

Fransada yerləşən “Monoprix”supermarket şəbəkəsi pulları bir neçə santimetr qalınlığında olan polad seyflərdə saxlayırdı. Pnevmatik borular vasitəsi ilə açılmayan bu seyfi oğrular drel ilə açdıqdan sonra tozsorandan istifadə edərək buradan təxminən 600 min avro çıxartmağı bacardılar.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir