ts

Tarixin ən maraqlı və SİRRİ AÇILMAYAN 5 HADİSƏSİ – FOTOLAR

Baxış sayı: 1. 738

Hər gün dünyada yüzlərlə sirli hadisələr baş verir. Texnologiyalar inkişaf etdikcə dünyada baş verən qəribəliklərin sayı da artacaq. İnsanların görə bilmədiyi nüansları məhz kameralar lentə alır. İddia edilir ki, UNO-lar məhz texnologiyaların, xüsusilə də kameraların vasitəsilə insanlara özlərini göstərirlər. Lakin tarixdə bu günə qədər sirli qalan hadisələr mövcuddur.

“Gencaile.az”  sizə tarixin ən maraqlı və sirri açılmayan hadisələrini təqdim edir:

 

1. Tamam Şud (Okay Shud) hadisəsi

1948-ci il dekabr ayının 1-də Avstraliyanın Somerton sahillərində cəsəd tapılıb. Cəsədin kimə aid olduğu bu günə qədər də məlum olmayıb. Polis meyiti morqa apardığında həkimlər cəsədin suda qalmasına baxmayaraq, yaxşı vəziyyətdə olduğunu deyiblər. İşin maraqlı tərəfi, cəsədin yanında çamadan, çamadanın içərisində isə sadəcə 1 dəst kostyum olub. Ekspertiza nəticələri kişinin zəhərlənərək öldüyü qənaətinə gəlib. Tədqiqatları genişləndirən həkimlər cəsədin əynindəki paltardan kiçik kağız parçası tapıblar. Kağızda isə bir cümlə – “Okay Shud” yazılmışdır. Kağızın hansısa kitabın səhifələrindən cırıldığı təxmin edilib. Nəhayət, məlum olub ki, kağız parçası Ömər Xəyyamın şeirlər kitabından götürülüb. “Shud” sözünün mənası “Bitdi” deməkdir. Meyidin haradan, necə gəldiyi, kimliyi bilinməsə də, hadisənin intihar ola biləcəyi düşünülüb.

2. Paul Makkartneyin öldüyü iddiası

Məşhur “Beatles” qrupunun solisti Paul Makkartney ağır yol qəzası keçirir və ölür. Ya da onun ölü olduğu deyilir. Qrup üzvlərini birlikdə tutmaq üçün ona birəbir bənzəyən bir şəxs tapılır. Bu iddiaları təsdiqləyən “köhnə” və “yeni” M.Paul fotoları yayılır. Xarici görünüş bənzərliyi ilə yanaşı, bu şəxsin mükəmməl ifa etməsi isə daha çox təəccüblü idi. Qrupun populyar “I’m So Tired” adlı mahnısını sondan əvvələ doğru dinləsəniz, “Paul is a dead man, miss him, miss him” (Paul ölü bir adamdır, onun üçün darıxıram, onun üçün darıxıram) cümləsini aydın şəkildə eşidəcəksiniz.

3. Kosmosdan gələn siqnal (wow)

Bu hekayə 1977-ci ildə Ohio Universiteti tərəfindən yayılıb. Onlar UNO tərəfindən göndərilən mesajın mövcudluğunu sübut etməyə çalışıblar. Siqnalı ilk görən Dr. Ceeri R. Ehman olur. O, kağızın kənarında (Wow!) notunun qeyd edildiyini iddia edib. Bu siqnal, günəş sisteminin xaricindən gələn radio dalğalarının bütün xüsusiyyətlərini daşıyıb. Yəni siqnalın mənbəyi, bizimlə eyni və ya daha irəli bir sivilizasiya səviyyəsinə malik varlıqlar ola bilər. Ən azından kodlaşdırmanı bilən biriləri olduğu dəqiqdir. Ancaq təəssüf ki, niyə məhz “Wow” yazıldığı sirr olaraq qalıb.

4. Nasca rəsmləri

Bu şəkillər ilk dəfə Peruda 1920-ci ildə bölgədə uçan təyyarəçilər tərəfindən kəşf edilib. Mənbəyi məlum olmayan rəsmlərin müəllifi e.ə. 200-700-cü illərdə bu ərazilərdə yaşamış yerli sakinlərin olduğu ehtimal olunur. Məqsədi məlum olmayan bu şəkillər meymun, lama, ağac kimi o coğrafiyada olan heyvanlar və cisimlərdən ibarətdir. Bölgənin iqliminə görə bu ərazilərə çox nadir hallarda yağış yağır. Bu səbəbdən də neçə illərdir bu rəsimlər silinmədən qalıb.

5. Fatima hadisəsi

Hadisə 1917-ci ildə Portuqaliyanın kiçik Fatima kəndində baş verib. Deyilənə görə, bu kiçik kənddə yaşayan 3 uşaq dağlarda çobanlıq edərkən Hz. Məryəmi görüblər. Hz. Məryəm isə uşaqlara kilsə tikmələrini və hər ayın 13-ü onunla orada görüşmələrini deyir. Bu hadisə bütün xristianların bu kəndə kütləvi şəkildə axın etməsinə səbəb olub. Uşaqlar iddia edir ki, Hz. Məryəm onları sıra ilə öz yanına alacağını deyib. Uşaqlara heç kim inanmasa da, 2 uşaq bir-birinin ardınca həlak olur. 3-cü isə monastrda rahib olur. Monastrın rahibəsi Lusia Hz. Məryəmin ona 3 sirr verdiyini deyib. Onun ikisi məlum olsa da, birini hələ də heç kim bilmir. Bu mesajın nə olduğu hələ də sirr olaraq qalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir