hillari klinton

Tarixin ən yaddaqalan birinci lediləri

Baxış sayı: 1. 504

Belə bir məşhur atalar sözü var: əgər kişi başdırsa, qadın boyundur. Ona görə də dünyanın ən güclü kişiləri qazandıqları uğurlara görə öz həyat yoldaşlarına minnətdardılar. Tarix bunun kimi çoxlu faktlardan xəbərdardır: Hillari Klinton öz ərinə hakimiyyətə gəlməyə kömək edib. Jaklin Kennedi öz gözəlliyi və ağlı ilə hər zaman ərinin reytinqini yüksəldib. Raisa Qorbaçova isə hər zaman ərindən bir addım arxada dayandığına və ona dəstək verdiyinə görə tarixin məşhur birinci ledilərindən sayılır.

Güclü kişilərin zövqləri də müxtəlif cür olur. Onlar öz ömür-gün yoldaşlarını çox nadir hallarda xarici görünüşlərinə görə seçirlər. Birinci ledi Jaklin Kennedi kimi ən gözəl qadın da ola bilər, Nina Xruşşova kimi sıradan bir qadın da.
Dünya mediasının gözü Amerika lideri Donald Trampla onun həyat yoldaşı Melania arasındakı gərginliyə zilləndiyi bu günlərdə “Yeni Müsavat” xarici mediaya istinadən dünyanın ən tanınmış, uğur qazanmış birinci lediləri ilə bağlı dosye hazırlayıb. “Gencaile.az” həmin dosyeni oxucularına təqdim edir.

Related image
Betti Ford
Keçmiş ABŞ prezidenti Gerald Fordun həyat yoldaşı dünya tarixində özünə yer edib. O, Amerikan qadınlarının abort haqqı qazanması və ABŞ-dakı qadın haqları məsələsində hakimiyyəti sıxışdırması ilə tanınır. ABŞ-ın Kaliforniya ştatında qurduğu, bir çox insanı narkotik asılılığından xilas edən Betti Ford Mərkəzi Forda dünya miqyasında populyarlıq qazandırıb. Fordun qurduğu mərkəz sayəsində narkotik asılılığından xilas olan məşhurlar arasında Elizabet Teylor, Conni Kaş və Lindsay Lohan kimi adlar da var.

Image result for Karla Bruni
Karla Bruni
İtalyan və fransız musiqiçi, fotomodel olaraq bilinir. O, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı. Bruni 1900-cü illərdə ən çox pul qazanan super model idi. Modellik karyerasından sonra musiqi bazarına qatılıb və 2002-ci ildə fransızca səsləndirdiyi ‘Quelqu’un m’a dit’ adlı musiqi albomunu çıxardı. 2 fevral 2008-ci ildə isə fransız prezidenti Nikolas Sarkozi ilə Yelisey Sarayında evləndi.

Image result for Nensi Reyqan
Nensi Reyqan
Keçmiş ABŞ prezidenti Ronald Reyqanın dul arvadı 1981-ci ildən 1989-cu ilə qədər birinci ledi vəzifəsini icra edib. 1940-cı və 1950-ci illərdə Hollivudda aktrisalıq edib, hətta bəzi filmlərdə baş rolu öz üzərinə götürdü. 1952-ci ildə o vaxtlar Sinema Aktyorları Lojasının rəhbəri olan Ronald Reyqanla evləndi. İki uşaqları oldu. Birinci ledi dönəmində narkotikaya qarşı təşkil olunan “Yox desəniz bəsdir ” (Just Say No) kampaniyasını dəstəklədi.

Image result for Barbara Bush
Barbara Buş
Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti olan H.V. Buşun həyat yoldaşı, Laura Buşun qayınanasıdır. Buş birinci ledi olduğu dönəmdə “Barbara Buş Ailə ədəbiyyat vəqfini” qurub, dünya ədəbiyyatını dəstəkləyib. Ağ Evi tərk edəndən sonra vəqfdəki fəaliyyətinə davam edib.

Image result for Eleanor Ruzvelt
Eleanor Ruzvelt
Bu günə qədər Ağ Evdə ən uzun müddət qalan birinci ledi statusundadır. Dünyanın birinci ledisi adlandırılan Eleanor Ruzvelt bir çox insan haqlarına yönəlmiş fəaliyyətləri ilə uğur əldə edib. Həm qadın haqları, həm də Afrika və Asiya əsilli amerikanların haqları üçün mübarizə aparan biri idi.

Image result for Mişel Obama
Mişel Obama
Mişel Obamanın qızlıq soyadı La Von Robinsondur. Mişel 1964-cü il yanvarın 17-də Çikaqoda dünyaya gəlib. 1985-ci ildə Prinston Universitetini sosiologiya ixtisası üzrə, 1988-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. Mişel Obama hüquq doktorudur. İlk iş yeri “Sidli Ostin” hüquq firması olur. Mişel burada marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşır. Barak Obama ilə də o, firmada işləyərkən tanış olur. Və bu tanışlıq evliliklə nəticələnir. Barak Obama qaradərili sevgilisi hüquqşünas Mişellə 1992-ci il oktyabrın 3-də evlənir. Onların 2 qız övladları var – Maliya və Saşa.
Mişel 1992-ci ildə Çikaqo merinin köməkçisi, daha sonra isə meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrində çalışır. 1993-96-cı illərdə qeyri-kommersiya qurumlarında çalışan xanım Obama daha sonra Çikaqo Universitetində dekan köməkçisi olur. 2002-ci ildə Mişel Obama həmin universitet nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktor təyin olunur. 2005-ci ildən həmin mərkəzin vitse-prezidentidir.

Image result for Laura Buş
Laura Buş
ABŞ-ın 43-cü keçmiş prezidenti Corc Buşun həyat yoldaşıdır. ABŞ-ın 2001 – 2009 illər arasında birinci ledisi olub. Laura Buş eyni zamanda kitabxanaçı, yazar və müəllimədir. Birinci ledi olaraq səhiyyə, təhsil və ədəbiyyatla bağlı bir çox fəaliyyətləri olub.

Related image
Valerie Trierveiler
Fransanın siyasət jurnalisti, eləcə də onun birinci ledisi. O, Sarbonna Universitetində siyasət sahəsi üzrə təhsil alıb. Fransanın prezidenti François Hollandla bir müddət nikahsız yaşadıqdan sonra evləniblər, evli olmasına baxmayaraq, elmi fəaliyyətinə davam edib.

Image result for Hillari Klinton
Hillari Klinton
Amerikanın 67-ci xarici işlər naziri, eyni zamanda ölkənin 42-ci prezidenti Bill Klintonun həyat yoldaşıdır. 1993-2001-ci illərdə ABŞ-ın birinci ledisi oldu. Əsas peşəsi isə vəkillikdir.

Image result for Jacqueline Kennedi
Jacqueline Kennedi
35-ci Amerika prezidenti John F. Kennedinin dul həyat yoldaşıdır. 1961-ci ildən Kennedinin öldürüldüyü 1963-cü ilə qədər ABŞ-ın birinci ledisi olub. Bir müddət redaktorluq edərək, sənətə və tarixi əsərlərin qorunmasına dair önəmnli işlər görüb.

Related image
Mehriban Əliyeva
Azərbaycanın birinci ledisi dövlət başçısı İlham Əliyevlə hələ tələbə olarkən ailə qurub. Həmin vaxt Azərbaycan Tibb Universitetində təhsil alan Mehriban xanım Əliyeva ali məktəbi qırmızı diplomla bitirib. Üç övlad dünyaya gətirib, hər zaman cazibədar görünüşü, ictimai-siyasi fəallığı ilə cəmiyyətin diqqətini cəlb edib. Birinci ledi müsahibələrindən birində belə deyib: “Mən 20 il boyunca Heydər Əliyev kimi bir insanın ailəsində yaşamışam. Bizim ailəmiz hər zaman bir yerdə olub. Biz həm çətin illərdə, həm də xoşbəxt anlarda onun yanında olmuşuq”.
M.Əliyeva siyasi karyerasında da diqqətçəkən uğurlara imza atıb. Həm rəhbərlik etdiyi Heydər Əliyev Fondunda gördüyü işlər, həm də millət vəkili, hazırda isə birinci vitse-prezident kimi fəaliyyəti ictimaiyyətin diqqətindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir