qadin

Tarixin ən dəhşətli qadınları – qan donduran faktlar – FOTOLAR

Baxış sayı: 1. 804

Qadlnları biz sülh yaradıcısı, qayğıkeş ana kimi tanıyırıq. Ancaq tarixin bütün anaları hecç də məsum deyil.

Aşağıdakı faktlar, sadəcə, qan dondurur – bəli, onlar, onların əməlləri sadəcə, dəhşətdir. Tarixin qəddar qadınlarını siz də tanıyın

Qrafina Batori:  17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir.

Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra,  gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O  əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki o 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər.

 

Saltçixa:  18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir.

Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş.

Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın  yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır.

 

Mariya Katarina Svanenburq: Hollandiyada 19-cu əsrin sonlarında 127 adamı qətlə yetirmişdir.

Mariya Hollandiyada çox gözəl reputasiya qazanmışdı. O kasıblara yardım edir, qocalar və xəstələrə qulluq edirdi. Amma bu xeyirxah əməllər Mariyanı “mişyak”la  (zəhər) 127 adamı zəhərləməyə mane olmamışdır. İlk dəfə mirasa görə  öz valideyinlərini zəhərləmişdir. O insanları qəyyumluğa götürür, sığortalayır, daha sonra zəhərləyirdi. Bununla da sığorta şirkətlərindən pul qazanırdı. 1883-cü ildə bir ailənin bütün üzüvlərini zəhərləməyə cəhd göstərən an sığorta polisi onu yaxalamışdır. Mariyaya ömürlük həbs cəzası verilmişdir. O 1915-ci ildə 75 yaşında vəfat etmişdir.

Ceyn Toppan: 19-cu əsirdə ABŞ-da 31 xəstəni qətlə yetirmişdir.ABŞ-da ən tanınmış qatil qadın. Kasıb ailədə doğulub uşaq evində tərbiyə almışdı. Xəstəxanada çalışaraq daha çox bədbəxt insanı qətlə yetirməyi qərar vermişdir. Ceyn  morfi və atropin yüksək dozalarda vuraraq xəstələrdə ürək dayanmağına nail olurdu. 1901-ci ildə məhkəmə Ceynin dəlilyini nəzərə alaraq ömürlük dəlxanaya məhküm etmişdir. O 1938-ci ildə 84 yaşında vəfat etmişdir.

Merbit Tininq: Öz övladlarını qətlə yetirdiyinə görə indiyənəcən həbsxanadadır. Qəfil uşaq ölümü sindromu indiyənəcən təbabətdə ən dəhşətli sirdi. Tibbacısı Merbit Tinq 8 uşaq dunyaya gətirmiş və birini övladlığa götürmüşdür. Lakin onların heç biri bir yaşına çatmamışdır. Tibbacısını 9-cu övladını ölü vəziyyətində xəstəxanaya çatdırandan sonra şübhə oyatmışdır. Merbitdən cinayətin səbəbini soruşanda o sadəcə həyatının çətin dövrü olduğunu bildirmişdir.  1987-ci ildə tibb bacısına  ömürlük həbs cəzası kesilmişdir. Onun indi 75 yaşı var.

Vera Rentsi: İyirminci əsrin əvvələrində  Ruminiyada 35 məşqunu öldürmüşdür.

Vera qorxulu kinonun personajlarını xatırladır. Məsələn onun  ailə kökləri Transilvaniyanın qədim əsilzadələrinə gedib çıxır. O iki dəfə ərdə olub hər iki halda ərlərini Vera qısqanclıq üzündən “mişyak”la zəhərləmişdir. Ərlərindən sonra Veranın həyatında məşuqə dönəmi başlayır. Məşuqlar Vera ilə görüşdən  bir müddət sonra itkin düşürdü. Törədilən cinayətin üstünü məşuqların birinin həyat yoldaşı açır. O Veranı gecə-gündüz güdərək olanları polisə xəbər verir. Polislər Veranın evindən 32  tabutu tapır.Veranın sözlərinə görə o hər axşam tabutların arasında şərab içməyi çox sevirdi. Məhkəmə Veraya ömürlük həbs cəzası vermişdir o 1960-cı ildə 57 yaşında vəfat etmişdir.

Qonsales bacıları: 90-dan çox adamı öldürmüşlər. Mariya və Delfina Qonsales əxlaqsız yuva qurmuşdular. Onlar “ofisiant qız axtarırıq” iş elanı ilə gənc qızları əxlaqsızlığa cəlb edirdilər. Əgər qızlar arasında xəstələnən və ya hamilə qalan olurdusa, bacılar həmin qızı öldürməklə problemi həll edirdilər. Meksika məhkəməsi bacılara 40 il iş kəsdi. Kinolardan Meksika həbsxanasın haqqında az-çox təsəvvürümüz var: Mariya təsadüf nəticəsində həbsxanada həyatını itirdi.

Delfina isə bir neçə ildən sonra azadlığa çıxsa da, bir müddət sonra itkin düşmüşdür.

Orxan Muxtarlı

Daha ətraflı:http://atvxeber.az/news/health/12637-tarixin-en-dehsetli-qadinlari
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir