Hər kəsin yaxından tanıdığı dünyanın məşhur idman geyimlərini və ayaqqabılarını hazırlayan iki brend markanın tarixi rəqabəti olduca çox maraqlıdır.
Söhbət “Adidas” və “Puma”brendlərindən gedir. Bu hekayənin qəhrəmanları, brend markanın sahibləri iki qardaşdır.
Adolf Dasler və Rudolf Dasler. İki qardaşın apardığı rəqabət ümumilikdə tam 60 il davam edib. Hətta yaşadıqları şəhərdə belə onları sevənlər iki yerə ayrılıb.
“Gencaile.az” “Musavat.com”-a istinadən sizə iki qardaşların tarixi rəqabətini, “Adidas” və “Puma” markasının maraqlı tarixçəsini diqqətinizə çatdırır.
Adolf Dasler 1900-cü il noyabrın 3-də Bavariyanın kiçik Gertsogenaurax şəhərciyində anadan olub. Atası çörəkçi, anası camaşırxanada işləyən Adolfu ailədə Adi deyə çağırırdılar.
İkinci dünya müharibəsindən sonra qardaşlar ayaqqabı sexi açmağa qərar verirlər. Analarının həyətdəki işlətdiyi cəmaşırxananı ayaqqabı emalatxanasına çevirirlər. Qardaşların biri ayaqqabıların emalı ilə digəri isə satışı ilə məşğul olurdu.
İşə başladıqları gündən 4 il sonra işçi qüvvəsi ailə üzvləri də birlikdə olmaqla 12 nəfərə çatdı. Artıq günə 50 ayaqqabı hazırlayırdılar. Nəhayət 1924-cü ildə qardaşlar fabrik açmaq gücündə idilər. Onlar birləşib öz şirkətlərini qurdular.
1936-cı ildə keçirilən olimpiyada oyunlarında amerikalı atlet Cesse Ovens Adolf və Rudolf qardaşlarından aldığı yarış ayaqqabısı ilə qalib oldu. Ovensin qazandığı zəfər qardaşların ayaqqabı satışını birə beş artırmışdı.
Daha sonra Berlin olimpiadası zamanı “Dassler qardaşlarının fabriki” şirkətinin satış həcmi 400 min alman markını keçir. 1938-ci ildə Dasslerlərin doğma şəhəri Gertsogenauraxda ikinci fabrik açılır və şirkətin gündəlik istehsal gücü min cüt ayaqqabıya çatır. Hər iki qardaş nasist partiyasının üzvü idilər. Lakin 1939-cu ildə onların fabriki müsadirə olunur və özləri isə cəbhəyə göndərilir. Müharibə zamanı qardaşlar arasında münasibətlər pozulur. Müharibə bitdikdən sonra da bu soyuq münasibətlər davam edirdi. 1948-ci ildə ataları rəhmətə getdikdən sonra aralarındakı gərginlik daha da artır. Onlar fabriki bölmək qərarına gəlirlər.
Adi öz şirkətinə adının və soyadının qısaldımış formasını qoyur. Şirkətinin Adidas adlandırır. Rudi də qardaşı ilə bəhsə girərək şirkətinin adının onun kimi öz ad və soyadına uyğun qoyur. İlk öncə adını “Ruda” qoysa da sonradan adını dəyişib “Puma” edir.
Beləcə iki qardaşın münaqişəsindən iki brend marka yarandı.
“Puma” “Adidas” mübarizəsi
Qardaşların arasında gərginlik onların işçilərinə və onları sevənlərə də təsir etmişdi. Bir fabrikin işçiləri digər fabrikin işçilərinin getdiyi restoranlara marketlərə getmirdilər. Gülməli bir hal alan rəqabət aşırı dərəcəyə çatmışdı. Hətta “Adidas”ın işçisi “Puma” da işləyən biri ilə evlənə bilməzdi.
Qardaşlar 4 il fərqlə ikisi də vəfat edir. Rudi 1974, Adi isə 1978-ci ildə dünyasını dəyişir. “Adidas” və “Puma” arsındakı rəqabət 2009- cu ildə işçilər arasında oynanılan dostluq matçında bitib.