tava

Tavaya yapışan yemək qalıqlarını necə təmizləməli?

Baxış sayı: 1. 384

Keyfiyyətli bir tavaya sahib olsanız belə, tavaya yapışan yemək qalıqları çox çətin təmizlənir. Bəs tavaları asan şəkildə necə təmizləmək olar?  “Gencaile.az” asan üsulları göstərir.

 

1-ci üsul

Lazım olanlar:

 

Yarım kartof

Bir az qabyuyan maye

 

Tətbiqi:

Kartofu qabyuyan mayenin içinə batırın. Tavanı bu kartofla yaxşıca ovalayın. Daha sonra su ilə durulayın. Ləkələrin dərhal təmizləndiyini görəcəksiniz.

 

2-ci üsul

Lazım olanlar:

 

Yarım stəkan soda

Yarım stəkan mineral su

 

Tətbiqi:

Çirkli tavanın üzərinə soda səpib, mineral su tökün. Bu qarışım bir müddət sonra qabarmağa başlayacaq. Qabarmağa başlayanda süngərlə ovalayın.

Ləkələr sürətli bir şəkildə çıxacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir