Evliliklər müxtəlif olduğu kimi, bu evliliklərdə əldə edilən təcrübələr də müxtəlifdir. Təbii ki, bu, ilk növbədə, evliliklərdə ünsiyyətdə olan tərəflərin müxtəlif olması ilə bağlıdır. Buna görə də, müxtəlif təcrübələri öyrənmək və sonra da bu təcrübələri öz təcrübələri ilə müqayisə etmək evlilik üçün çox təhlükəlidir.
Məsələni daha aydın izah etmək üçün evlilik ərəfəsində olan tərəfləri nəzərdən keçirək. Evlilik ərəfəsində olan tərəflər bir qayda olaraq, evliliklə bağlı mənfi və ya müsbət fikirlərini başqaları ilə bölüşmək istəyirlər. Ancaq fikirlərini bölüşdükləri adamların müxtəlif baxış bucaqları olduğunu unudurlar. Nəticədə, onlara xas olan bir problemi öz problemləri kimi qəbul edirlər. Bu isə, təbii olaraq, onların fikirlərinin düyünə düşməsinə və nəticə etibarı ilə sağlam olmayan qərarlar qəbul etməsinə gətirib çıxarır.
Təbii ki, eyni şeyi müsbət fikirlər üçün də demək olar. Çünki belə olduqda tərəflər hər şeyə müsbət prizmadan baxır və evlilik haqqında hərtərəfli düşünmək imkanından məhrum olurlar. Buna görə də, ən yaxşısı evlilik ərəfəsində ətrafdakı evlilik təcrübələri ilə maraqlanmamaqdır. Ancaq buradan “Tərəflər evlilik ərəfəsində məsləhət almamalıdırlar” mənasını da çıxarmaq doğru deyil. Əlbəttə ki, evlilik ərəfəsində məsləhət almaq lazımdır. Ancaq bunun üçün ya təcrübəli bir adam seçməli, ya da bür mütəxəssisə müraciət etməlisiniz. Üstəlik, bu həm sizin sağlam qərar qəbul etməyinizi asanlaşdırmaq, həm də içinizdəki “qarmaqarışıqlığa” son qoymaq üçün də vacibdir…