telefon-zaryadka-sindan-eziyyet-cekenler-nmutleq-oxusunlar

Telefon enerjisi ilə bağlı bilmədiklərimiz

Baxış sayı: 1. 800

Mütəxəssislər telefon istifadəçilərinin geniş şəkildə etdikləri səhvləri müəyyən edib.

Həmin səhvləri təqdim edirik:

1. İstifadəçilər telefonların enerjinlərini həmişə sona qədər doldurur
Ekspertlər batareyanın qorunması üçün optimal enerji səviyyəsi 30-dan 80 faizə qədərdir. Telefonları məhz bu balansda saxlamaq üçün ən yaxşısı onları gün ərzində bir neçə dəfə yükləməkdir.

2. İstifadəçilər öz telefonlarına “ölməyə” icazə verir
Telefonların akkumulyatorunun hər dəfə ekstremal səviyyəyə düşməsi pisdir. Bununla batareyaların potensialı aşağı düşür.
Ekspertlər batareyanı 0% -ə qədər çatdırmağın ayda bir dəfə lazım olduğunu bildirirlər. Bu onun kalibrləməsi üçün vacibdir. Amma bu işi tez-tez etmək lazım deyil!

3. İstifadəçilər batareyaların çox “qızmasına” yol verir

“iPhone” və digər smartfonların batareyaları həddən artıq yüksək temperaturu sevmir. Telefonlardan şaxtalı və çox isti şəraitdə istifadə etməməyə çalışın.
Smartfonları yayda pəncərənin qabağında saxlamayın və qışda onu maşında unutmayın! Əgər telefon yumşaq örtük üstündə yerləşərək yüklənirsə onun akkumulyatoru bir qədər sonra proses nəticəsində yəqin ki, qızdıracaq. Yüklənmə prossesində qurğunu masanın üstünə qoyun, və ya digər istilik mənbələrindən uzaq tutun.

4. İstifadəçilər başqalarının yükləmə qurğularından istifadə edir
Problem ondadır ki, telefon istifadəçilərinin əksəriyyəti əgər əlavə yükləmə qurğusu alası olsalar o zaman ən ucuzunu alırlar.
Qeyri-orijinal yükləmə qurğuları isə tez-tez telefon batareyalarının dağılmalarına səbəb olur!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir