komputer

Telefon və kompüterlərdən yayılan QORXUNC TƏHLÜKƏ

Baxış sayı: 1. 611

Vaxtlarının yarısını, hətta çoxunu telefon və kompüterlə keçirən gənclər unutqanlıqdan şikayət edirlər. Daha çox 60 yaşdan yuxarı insanlarda rast gəlinən yaddaşsızlıq simptomları  artıq gənclərdə də özünü büruzə verir. Mütəxəssislərin fikrincə, bunların yeganə səbəbi telefon, kompüter və texnoloji vasitələrdən çox istifadədir. Bir xəstəlik kimi tam olaraq tanınmasa da, “elektron yaddaş” simptomu hazırda ən vacib sağlıq problemlərindən birinə çevrilib.

Cənubi Koreyada aparılan araşdırmaya əsasən, daha çox 60 yaşdan yuxarı şəxslərdə görülən unutqanlıq və diqqət dağınıqlığı artıq yeniyetmə yaşlarından başlayaraq, 30 yaşına kimi bütün şəxslərdə də özünü göstərir. Elektron yaddaş telefon, internet, video oyunları istifadəsində limiti aşdıqda müşahidə edilir. Əvvəllər vacib tarixləri yaddaşımızda saxlamağa çalışsaq da, indi bu tarixləri telefon və kompüterlərimizdə saxlayırıq.

Beyni hələ tam inkişaf etməyən balaca uşaqlara bu baxımdan nəzarət çox önəmlidir. Əvvəllər uşaqlar təbii şəraitdə, həyətdə oynaya-oynaya böyüdükləri halda indi kompüter arxasında böyüyürlər. Bunun müsbət və mənfi tərəfləri var. Valideynlər övladlarının fasilə vermədən kompüter arxasında oturmalarına nəzarət etməlidirlər. Uşaqlarla yanaşı böyüklər də bütün günü kompüter və telefonla vaxt keçirmək əvəzinə maraqlı işlərlə, idmanla məşğul olmalıdırlar.

Beyni tam inkişaf etməmiş uşaqlar balaca yaşlarından bütün tarixləri, məlumatları telefon və kompüterlərdə saxlamaqla xatırlamağa çalışırlarsa,  gələcəkdə yaddaşlarının az da olsa işləməmə ehtimalı var. Unutqanlıq, diqqət dağınıqlığı gündəlik həyatımızda artıq ön plana keçib. Eyni zamanda gənclərdə yuxu sisteminin pozulması və depressiya kimi simptomlar da yaranıb.

Uşaqlarınızın texnologiyadan asılı bir vəziyyətə düşməməyinə diqqət edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir